Xoşbəxt İnsanların Ölkələri

0
2979
Xoşbəxt İnsanların Ölkələri

Hər başlanğıcın sonu vardır. Həyat belədir. Çiçəklər açır və çiçəklər ölür. Həyatın axışı bu şəkildə nəzərdə tutulmuşdur. Yaşayarkən bir çox sonla qarşılaşırıq. Bunların çoxunda qəm-qüssə və kədər vardır.
 
Hər bağlanan qapının ardından bir yenisi açılır. Bunu unutmayın! Həyat bu şəkildə davam edər.
 
O halda xoşbəxt sonluq üçün bu 5 məsləhətə əməl edək:
 
Qəbul edin və yolunuza davam edin
 
Bitmiş bir əlaqə və ya bir iş ortaqlığı və s. nə olursa olsun, sonu çatdısa bunu qəbul edin və yolunuza davam edin. Bu o demək deyil mübarizəni buraxıb imtina edin. Xeyr əsla! Yəni nəzərinizə çatdırmaq istəyirik ki, əgər həqiqətən bütün yollar sınanıldı və artıq yol qalmadısa yeni bir yola getmənin tam zamanı deməkdir.
 
Bu gün bitmiş ola bilər, amma günəş sabah təkrar doğulacaq
 
Unutmayın, həyatın qanunudur bitən hər şeydən sonra yeni bir başlanğıc olacaq. Qısaca bağlanan hər qapı, yeni qapılar açacaq. O halda etməniz lazım olan, o başlanğıcı tapıb ona doğru irəliləməkdir.
 
Olan hər şey ən yaxşısı olduğu üçün olmuşdur
 
Bu bəlkə ağır gələ bilər sizə. Amma kvant fizikasında hər cür ehtimal yaşandıqdan sonra ən yaxşısı seçilir. Qısa şəkildə əslində paralel kainatlarda bütün ehtimallar sınandı və sizə ən yaxşı ehtimal seçildi. "Kədərlənmə!" deyər MEVLANA: "İstədiyin bir şey olmursa, ya daha yaxşısı olacağı üçün ya da həqiqətən də olmaması lazım olduğu üçün..."
 
Bitən şeylərə deyil, həyata fokuslan
 
Hər şey bir gün bitər. Bir şəkildə sona çatar. Sonlara deyil, həyata və axışa fokuslanın. Həyatı anbaan yaşayın və sevin. Həyatın içində siz olduğunuz müddətcə həyat sizin üçün davam edəcək. Sevgiylə həyatı qəbul edib yaşayın.
 
Bəzi günlər həqiqətən çətindir. Bəzi aylar və illərdə elə. Amma reallıq sizlə bağlıdır. Həyat sizinlə əlaqəlidir. Həyata dörd əllə sarılın və onu sevin. Nə gördüyünüz deyil, necə baxdığınız önəmlidir. Sevgi ilə baxsanız, sizə gözəl bir həyat olaraq geri dönəcək.
 
Sərbəst buraxın və təcrübələrinizi dəyərləndirin
 
Gedən getsin, bitən bitsin. Həyatı axışına görə yaşayın. Əlinizdən gələni etdinizsə könül rahatlığı ilə bunu qəbul edin və yeni ehtimalların qapısını açıq buraxın. Unutmayın hər yaşanan hadisə sizin üçün çox qiymətli bir təcrübədir və təcrübələr ümumiyyətlə qazanılmış döyüş yaraları kimidir. Sizi incidər və sizə orada bir yara olduğunu xatırladar. Unutmayın təcrübələriniz həyatınızı gözəlləşdirmək üçün vardır. Onları yaxşı istifadə etsəniz, xəyallarınıza çatarsınız.
 
 
 
 
 
Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN