Artıq böyümüsən, deməkdir!

0
2325
Artıq böyümüsən, deməkdir!

 Keçmişə aid yazdıqlarını oxuyub gülümsəyirənsə, geyim tərzin dəyişməyə başlayıbsa, artıq dost seçimində daha diqqətli və seçici olmusansa, həyatda etmərəm dediklərini etməyə başlayırsansa, o zaman təbriklər! Artıq böyümüsünüz, deməkdir. Budur, böyüdüyünüzü göstərən amillərlə tanış olun.


1. Köhnə xatirə dəftərlərini və gündəliklərini oxuduğunda, yazdıqlarını oxuyub gülməyə başlarsan. Hətta "Belə bir şeyi niyə yazmışam ki?" sualı tez-tez ağılına gəlir… 
 
2. Otağının dekorasiyasını darıxdırıcı olduğunu düşünürsən. Çəhrayılar artıq sənə uşaq kimi gəlir. 
 
3. Paltarlarının tərzi dəyişməyə başlar. Xoşlandığın rənglər dəyişər, aksesuarlar daha çox marağını çəkməyə başlar… Makiyaj vəsaitlərinə daha çox marağın artar. 
 
4. Bəzi dostlarından ayrılırsan. Çünki fikirləriniz, zövqləriniz artıq uyğunlaşmamağa başlıyır. 
 
5. Kompüteri yalnız Msn və Facebook üçün istifadə etmək yerinə, bir şeyləri araşdırmaq, yeni şeylər kəşf etmək üçün istifadə edərsən. Bir müddət sonra internet başında həddindən artıq zaman keçirmənin gərəksiz olduğunu anlarsan. 
 
6. Zaman anlayışı, həyatında çoxca əhəmiyyət qazanar. Bir dəqiqəni belə boşa xərcləmək istəməzsən. Qısacası onun nə qədər qiymətli olduğunu kəşf edərsən. 
 
7. "Həyatda etmərəm" dediyin şeyləri etməyə başlarsan. Hətta bir də baxarsan ki ana və atanda sinir olduğun davranışları sən də eynilə edirsən! 
 
8. Artıq ailənin bəzi davranışları və istəkləri sənə axmaq gəlməz. Əksinə onları daha yaxşı anlamağa başlarsan…
 
9. Qardaşınla daha yaxşı razılaşmağa başlarsan. Etdiklərini yetkinlə qarşılayarsan. 
 
10. Bağışlamağı öyrənərsən.
 
11. Çölə çıxarkən, alış-verişə gedərkən, idman edərkən yanında mütləq birini istəməzsən. Hətta bəzən tək qalmaq daha çox xoşuna gələr. 
 
12. Ailəndən "dərsə hazırlaş" kimi sözlər eşitməzsən. Çünki onsuz dan o dərsin çalışması lazım olduğunu bilər və vəzifəsini müvəffəqiyyətlə yerinə yetirərsən. Zəif qeyd etdiyində sənə qızacaqlarından qorxmaz, müvəffəqiyyətsiz olduğun üçün özünə küsərsən. 
 
13. Səhərlər nahar etməmək, brokoli yeməmək üçün inadlaşmaq geridə qalar. Çünki özün üçün ən faydalı yeməkləri yeməyə, xəstələnməmək üçün özünü qorumağa başlarsan. 
 
14. Pulun olmadığı üçün çox bəyəndiyin paltarı ala bilmədinmi? Başına çatışmazlıqlarmı gəldi? Oturub qətiyyətsizlənmək və ağlamaq yerinə, problemi necə həll edəcəyini düşünərsən. Səbr etməyi öyrənərsən. 
 
15. Öz-özünə çatmağı bilərsən. Məsələn anan evdə olmadığında özünə ya da bir yoldaşına yemək hazırlaya bilərsən. Otağını yığmadığında özün narahat olarsan. 
 
16. Dünyada olub bitənlər daha çox marağını çəkər. Qəzetlərin siyasət və iqtisadiyyat səhifələrinə göz ucuyla da olsa baxmağa başlarsan
 
17. Tanımadığın kəslərlə, yoldaşlarınla və sevgilinlə gərəksiz müzakirələrə girməzsən. Lazım olduğunda susmağı bilər, hörmətlinin böyük əhəmiyyəti olduğunu xatırlayarsan. Ayrıca bu şəkildə ağırlığını qoyduğunu da içində hiss edərsən. 
 
18. "Atam və Oğulum" filmində eşitdiyin "İnsan böyüdükcə xəyalları kiçilərmi?" sualına cavab axtarışa başlarsan. Artıq fərqli xəyalların arxasında qaçarsan. Ən qeyri-mümkünlər deyil də, çata biləcəklərin marağını çəkər. Qırmızı bir avtomobil almaq, yoldaşlarınla tətilə çıxmaq, istədiyin universitetə gedə bilmək, istədiyin peşəyə çatmaq kimi… 
 
19. Öz qərarlarını özün verə biləcək hala gələrsən. Və etdiyin səhvlərin ölçüsü də böyüməyə başlar. 
 
20. Böyümənin o qədər də ovsunlayıcı bir şey olmadığını anlarsan!

ŞƏRH YAZIN