Bu Yollarla Tənbəlliyin Daşını Atın!

0
3410
Bu Yollarla Tənbəlliyin Daşını Atın!

1.Başlanğıc üçün ümumiyyətlə heç bir şey etməyin.
Bütün fəaliyyətlərinizi dayandırın;otaqda o yan bu yana getməyin,kompüter arxasında oturmayın,yeməyin,oxumayın,musiqi dinləməyin.Gözlərinizi yuma bilərsiniz.Buna 10 dəqiqənizi ayırın və özünüz bir işlə məşğul olmaq istəyəcəksiniz.Burda mediativ bir təcrübə var,bu tənbəlliyi aradan qaldırır və enerji qazandırır.
2.Burda 5 dəqiqəlik iş var.
İşə bunun nə qədər ağır olduğu düşüncəsi ilə başlamayın.Özünüzü 5 dəqiqə işləyəcəyinizə inandırın.Beş dəqiqəyə dözmək heç də çətin deyil və bu işə başlamaq üçün kifayətdir.Çox güman ki,bununla da işinizi sona qədər çatdırcaqsınız.
3.Böyük işləri hissələrə ayırın.
Böyük məsələnin həllinə başlamaq heç də asan deyil.İşi hissələrə ayırın və onları ardıcıllıqla yerinə yetirin.Bu daha asan çıxış yoludur!
4.Özünüzü mükafatlandırın.
İstənilən iş sonda mükafatlandırılmalıdır.Buna görə də hər hissəni bitirdikdən sonra həvəslənmək üçün özünüzü mükafatlanıdrın.Qutardınız-sevdiyiniz peçenye ilə bir fincan qəhvə için, gəzişin və ya 5 dəqiqəlik mürgüləyin.Bu yaxşı vərdişdir.
5.Bu günün işini sabaha saxlamayın.
Sabah-həftənin ən ağır günüdür.Əgər nəsə etmək istəyirsinizsə,elə indi edin,çünki sabah başqa bir vacib iş çıxacaq və fikrinizi dəyişməli olacaqsınız.Gec olsa belə,işə bu gün başlayın. Başladığınızı sabah bitirmək,sıfırdan başlamaqdan asandır.


Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN