Dostluğun önəminə bir də bu tərəfdən baxın

0
1637
Dostluğun önəminə bir də bu tərəfdən baxın

“Personal Relationship” (Şəxsi Münasibət) jurnalında yayımlanan son tədqiqata görə, yaş artdıqca insanların sağlamlığına dostluq münasibətləri özünün müsbət təsirini göstərir. Əslində, bu tədqiqat həm də göstərir ki, yaşlılıq dövründə insan rifahını əksər hallarda güclü ailə bağlarından daha çox yaxşı qurulmuş dostluqlar təmin edir. Müəllif William Chopik (Viliyam Çopik) qeyd edir ki, ailə bağları və qurulan dostluqlar həyat səviyyəsinin yüksəlməsinə yaxşı təsir edir. Lakin artıq müəyyən yaş həddinə çatanda, güclü dostluq bağları bir addım qabağa keçir. 

Miçiqan Dövlət Universitetinin psixologiya üzrə professoru olan Chopik dostluğun əhəmiyyətinə aid aqnostik araşdırma aparıb. Ancaq təəccüblüdür ki, əksər mövzularda dostluq və ailə bağlarının oxşar təsirləri mövcud olsa da, istisna hallar da mövcuddur ki, bu zamanlar dostluq əlaqələri daha çox effektivdir. 
 
Digər bir araşdırma zamanı Chopik ABŞ-da təxminən 7500 yaşı yetkinliyə çatmış fərdi analiz edib və belə bir qərara gəlib ki, dostluq əlaqələrinin sadəcə mövcudluğu kifayət etmir, həmin bağın güclülüyü də önəmlidir. Bu fərdlər deyirdi ki, onların dostları bir növ yükdür. (Maraqlısı odur ki, sözü gedən adamlar həyat yoldaşları və ya övladlarının yük olduğunu zənn etmirdi.) Dostlarının yük yox, böyük dəstəkləyici güc olduğunu bildirənlər isə digərləri ilə müqayisədə daha xoşbəxt həyat tərzinə sahib idilər. 
 
Chopik-ə görə, bunların heç biri, əslində, o qədər də təəccüblü deyil. Belə ki, biz müəyyən situasiyalarda ailəmizi yox, dostlarımızı seçirik. “Aparılan araşdırmalar göstərir ki, biz dostlarımızla keçirdiyimiz vaxtdan daha çox həzz alırıq, nəinki ailəmiz. Çünki dost yığıncaqları əyləncəli keçdiyi halda, ailə görüşləri daha çox ciddi və bəzən də cansıxıcı xarakterli olur”. 
 
Gözəl dostluqlar qurmanın önəmi yetkin yaşlarda nəticəsini daha bariz şəkildə göstərir. Çünki o yaşa qədər bir dostluq öz hökmünü sürdürürsə, deməli, fərdin xoşbəxtliyi və sağlamlığı üçün bu dostluq artıq öz sözünü deyib. Chopik deyir, “Zaman keçdikcə, biz insanlar ətrafımızda bizə soyuqluq gətirən və yalan-yanlış qurulan dostluqları azaldır və yalnız və yalnız ngüclü bağlarımızı öz ətrafımızda saxlayırıq”. Ancaq bunun əksinə, həyat yoldaşını və övladlarını daha üstün tutanlar dostluğun önəminin gözardı edilməsinə səbəb olurlar. Bununla birlikdə, Chopik qeyd edir ki, ailə fərdlərini bir-birinə bağlayan ünsür, əksər hallarda, onların qayğı və baxıma ehtiyac duyması və sözü gedən ehtiyacın ailə tərəfindən qarşılanması olur. Bu cəhətdən ailə əlaqələri öz xeyrini versə belə, bu yenə də, dostluğun verdiyi xoşbəxtlikdən bir pillə geridə qala bilir. 
 
Hə, əlbəttə ki, bəzi fərdlər dostluq bağlarını öz bacı-qardaşları ilə, həyat yoldaşı və ya digər ailə üzvləri ilə də qura bilər. Bu da özü özlüyündə pozitiv nəticədir. Chopik-ə görə də, əsas məsələ, daha çox dəstək ala biləcəyin, pozitiv əlaqələr qura biləcəyin, arxanı rahatlıqla çevirə biləcəyin və birlikdə yaxşı vaxt keçirə biləcəyin insanlarla  birlikdə olmağın altında yatır. 
 
 
Tərcümə etdi: Jalə Mirzəyeva

ŞƏRH YAZIN