Faydalı Psixoloji Taktikalar.

0
2716
Faydalı Psixoloji Taktikalar.

Sizə çox faydalı psixoloji taktikalar təqdim edirik. Bu üsullar instinktiv sfera və şüuraltı ilə bağlı olduğu üçün,əksəriyyət hallarda özünü doğruldur.Təcrübədə dəfələrlə sınaq olunub.

1. Adamlar qrup halında gülərkən, hər kəs bu qrupda daha çox simpatiya bəslədiyi adama nəzər salır. Yaxud, xoşuna gələn və yaxın münasibət qurmaq istədiyi adama.
 
2. Məsuliyyətli iş öncəsi əsəbi vəziyyət yaranıbsa, saqqız çeynəyin. Bu, əsəb halını yüngülləşdirməyə kömək edəcək. Çünki orqanizm qida qəbulunu təhlükəsizlik hissi ilə asossasiya edir.
 
3. Tanışlardan kimsə əsəbləşib üstünüzə qışqırsa, ona adekvat tonla cavab verməyin. Sakit cavab verin, ya da heç cavab verməyin. Cavabsız qalan adam sonradan bu hərəkətinə görə peşman olur. Çox güman ki, etdiyi hərəkətə görə sonradan üzr istəyəcək.
 
4. Həmsöhbətin sizin suala verdiyi cavabın natamam, yaxud qeyri-dəqiq olduğunu hiss edirsizsə, sualı təkrar verməyin, sadəcə gözünün içinə baxın. Belə olan halda adam yüksək ehtimalla öz cavabını tamamlamağa, əlavələr etməyə başlayacaq. 
 
5. Emosiyaların mimikalara təsiri birtərəfli deyil. Mimikalar da emosiyalara təsir edə bilir. O deməkdir ki, məsələn, məclisdə istəmədiyiniz halda üzünüzdə süni təbəssüm yaradırsızsa, bu halın bir neçə dəfə təkrarlanması sizin əhvalınızın yaxşılaşmasına səbəb olacaq. Başqa sözlə, təkrarlanan süni mimika onun bağlı olduğu emosiyanı oyadır.
 
6. Müəyyən bir adamla tez-tez görüşməli olursuzsa və bu münasibəti saxlamaq sizin üçün əhəmiyyətlidirsə (amma həmin adamdan xoşunuz gəlmirsə), onunla hər görüşəndə süni mehribanlıq etsəz, bu hal bir neçə dəfə təkrarlandıqdan sonra əsl mehribanlığa çevriləcək. 
 
7. Söhbət zamanı “məncə”, “mənə elə gəlir ki”, “mənim fikrimcə” və bu kimi digər ifadələrdən yersiz istifadə etməyin. Onsuz da başa düşülür ki, dedikləriniz sizin fikirlərinizdi. Belə ifadələr işlətməklə özünüzdən müştəbeh adam təsiri yaradırsız. 
 
8. Müsahibə verərkən, elə təsəvvür edin ki, müsahibə götürən adam sizin köhnə dostunuzdur, çoxdan görüşmürdüz, indi rastlaşmısız. Bununla şüuraltına təsir edə, həyəcandan qurtula, özünüzü sərbəst hiss edə bilərsiz.
 
9. Bir adam bundan öncə,sizin nisbətən əhəmiyyətli bir xahişinizi yerinə yetirməkdən imtina edibsə (yaxud güzəşt etməyibsə), ikinci və daha az əhəmiyyətli xahişinizi də yerinə yetirməkdən (yaxud güzəşt etməkdən) imtinaya meyillidir. Halbuki, ondan ilk xahişiniz sonuncu dəfə xahiş etdiyiniş şey olsaydı, xırda əhəmiyyətli olduğuna görə çox güman ki,bunu yerinə yetirərdi. 
 
10. Stress yaradan halları özünüz üçün imtahan kimi qəbul edə bilsəz, stresin neqativ effekti azalacaq. Başqa sözlə, stresli şəraitdə bunun bir imtahan olduğunu özünüzə təlqin edin. 
 
11. İnsanlar bir çox hallarda hansısa bir işə həqiqətən qadir olduqlarını,başqaları üçün inamlı şəkildə nümayiş etdirə bilmirlər. Hansısa bir işə qadir olduğunuzu qəti şəkildə nümayiş etdirə bilsəz, adamları öz ətrafınıza cəzb edə biləcəksiz.
 
12. Adamlarla tez-tez görüşləriniz olursa (məsələn, idarənin qəbul otağında), arxa tərəfdə güzgü olması işə yarayır. Görüşdüyünüz adamlar özlərinə güzgüdə baxır, buna görə də, güzgüsüz halda ola biləcəyindən daha nəzakətli olmağa çalışırlar. Çünki normal adamlar güzgüdə özünü pis sifətdə görmək istəməz. 
 
13. İclas,yaxud toplantı zamanı kimdənsə sərt tənqid gözləyirsizsə, həmin adamla yanaşı (yaxın) oturacaqda özünüzə yer seçsəz, onun gözlənilən aqressiyasını azaldacaqsız. 
 
14. İlk görüşü həmişə elə yerlərə təyin edin ki, həmin yer daha çox müsbət emosiyalar yaratsın. Bununla, həmin görüş yaddaşda daha canlı, unudulmaz, xoş xatirə kimi qalacaq.
 
15. İlk görüş zamanı adamın gözlərinin içinə baxmaqla, onun göz rəngini özünüz üçün təyin edin. Bu informasiya beynin müvafiq şöbələrinə ötürülməklə, sizə yardım edə bilər. Daha doğrusu, həmin adam sizinlə uzunmüddətli münasibətə layiq biridirsə, münasibətlərin qurulması sürətlənəcək, layiq deyilsə, bu adamla münasibətdən vaxtında vaz keçməyə yardım edəcək. 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN