Günorta yatırsınızmı?

0
1736
Günorta yatırsınızmı?

 Gündüzlər gözünüzə fasilə verib, heç yuxuya dalırsınızmı? Əgər gündüzlər yatmırsınızsa, mütləq yatın deyirik. Çünki gündüz yuxusu həm sağlamlığın, həm də xoş əhvalın təminatçısıdır. Araşdırma ilə bu qənaətə gələn elm adamları  günorta yuxusunun həm də insanın ürək-damar sistemində stressdən yaranmış gərginliyi aradan qaldırdığını iddia edirlər. Xüsusilə də ürək xəstəliklərindən əziyyət çəkənlərə tövsiyə edilir ki, günorta yuxusuna vaxt ayırsınlar. 


"Komsomolskaya pravda"nın məlumatına görə, nahardan sonrakı yuxu ömrü uzadır, arıqlamağa yardım edir. Nahardan sonra yarım saat yatmaqla ömrü 10 il uzatmaq olar. Bundan başqa, nahardan sonrakı yuxu informasiyanın daha rahat qəbul olunmasına və yaddaşın güclənməsinə yardım edir. Daha doğrusu, günorta yatmış adamlar digərləri ilə müqayisədə daha pozitiv olurlar. 

Medlinks portalının məlumatına görə, alimlərin araşdırması göstərir ki, nahardan sonrakı yuxu ilə bədən çəkisini də normada saxlamaq olar. Əgər siz əzələ kütləsini artırmaq istəyirsinizsə, 30 dəqiqəlik yuxu əzələlərdəki maddələr mübadiləsini 40%-ə qədər artırır.

ŞƏRH YAZIN