Həyatda Önəmli Amillər

0
1305
Həyatda Önəmli Amillər

Qurtuluş doğruluqdur.

Ey əzizim! Danışırsan doğru danış! Doğruluq kəramətdir. Qurtuluş doğruluqdur. Yalançı və hiyləgər şeytandır, lakin görünüşdə insandır. Yalan söyləyən kimsədən xeyir gəlməz. Boş sözlər və zarafatlar zərərə yol açar və ömrü hədər keçirərsən. Qeybət və dedi-qodudan uzaq dur ki, bunlar insanı xalqdan və haqqdan uzaq salar.

Üzr istəyənin üzrünü qəbul et.

Allahı tanıyan kimsə insanlardan üzr istəyər. Üzr istəyənin üzrünü qəbul elə. Sənə əziyyət verəni bağışlayıb, ona yumşaq və gözəl sözlər söylə. Əlindən gəldiyi qədər qüsurlarını bağışla, ayıbları görməməzliyə vur. Bağışlamaq ehsanların ən gözəlidir.

Dili şirin olanın dostu çox olar.

Dil insanın tərəzisidir, alimi və cahili bir-birindən ayırır. Mömin insafla davranır. Əxlaqı gözəl olan xoş danışar. Çoxlu salam və şirin dil sevgiyə səbəbdir. Böyüklərin yolu - gözəl sözlü olmaq və açıq salam verməkdir.

Yaxşı dost həyatın bəzəyidir.

Yaxşılıq edənlə pislik edəni bir tutma. Yaxşılıq edəni dualarında unutma. Yaxşılığı unudub, qüsuru yadda saxlayan dost deyil, düşməndir. Dostunun xətasına dözməyən ölüm döşəyində tək qalar. Dostun gözün kimi olan insandır. İki dost həyatın bəzəyi və bəlada yardımçıdır. Səmimi görüşməklə yoldaşlıq davam edər.

Mömin həlim, səlim olur.

Mömin yumşaq və həlim olur. Elm möminin əsas silahıdır. Elmin isə başı öyrənməkdir. Elmin zəkatı ağıllı insanlara elm öyrətməkdir. Elmin bəzəyi əziyyətə qatlaşmaqdır. Nemətin bəzəyi qohum-əqrabanı ziyarət etməkdir.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN