Mənfi Fikirləri Yazıb Zibilə Atın

0
1991
Mənfi Fikirləri Yazıb Zibilə Atın

Amerikalı elm insanlarının İspan həmkarları ilə birlikdə apardığı araşdırma, mənfi və xoşagəlməz fikirləri yazıb zibilə atanların, ruhi olaraq rahatladığını göstərdi.
 
Araşdırmanı aparanlardan Riçard Petty, bu yanaşmanın "ağılsızca" gələ  biləcəyini ancaq fiziki olaraq fikirləri "atmağın" işə yaradığını gördüklərini bildirdi.
 
Depressiyadasız?
 
Ohio Dövlət Universitetindən Petty, insanların fikirlərini konkret obyektlər kimi dəyərləndirə biləcəyini qeyd edərək, "Düşüncələrimizdən onları görən kimi bəhs edirik. Fikirlərimizdən yapışırıq. Onlara dözürük. Bütün bunlar fikirlərimizi bizim üçün daha real vəziyyətə gətirir," ifadəsini istifadə etdi. Elm insanları məsələni araşdırmaq üçün 3 sınaq keçirtdi.
 
Kompüter mühitində edilən 3-cü təcrübədə, 78 İspan məktəb tələbəsindən fikirlərini yazmaları tələb olundu. Tələbələrin yarısından yazdıqlarını zibil qutusuna göndərmələri, digər yarısından bunları qeyd etmələrini istəyən elm insanları, "düşüncələrini zibil qutusuna göndərənlərin düşüncələrindən xilas olduğunu" gördü.
 
Tədqiqatçılar həmçinin, müsbət fikirlərini kağıza yazıb çantasında və ya pul kisəsində daşıyanların da bundan müsbət istiqamətdə təsirləndiyini bildirib.
 
Fikirlərin zibil qutusuna göndərildiyini xəyal etməyin isə təsirli olmadığı müəyyənləşdirilib. Araşdırma, "Psychological Science" jurnalında dərc olunub.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN