Müntəzəm qaçmaq nəyə xeyirdir?

0
3953
Müntəzəm qaçmaq nəyə xeyirdir?

 Dünyanın bütün elm adamları insan ömrünün uzadılması üzərində baş sındırır. Hansı vasitə, hansı yollarla insan ömrü uzanar deyə illərdir araşdırma aparırlar. 


Təsəvvür edin, Danimarkada bu sahədə 1976-cı ildə başlamış geniş tədqiqatlar hələ 2-3 il öncə başa çatıb. 

Skandinaviya ölkəsinin həkimləri müntəzəm olaraq qaçışla məşğul olan 20 yaşdan 93 yaşa qədər 20 min adam üzərində tədqiqat aparıblar. Danimarka alimlərinin gəldiyi nəticələr heyrətamiz olub.

Sən demə, müntəzəm qaçmaq insan həyatını minimum 6-7 il uzadır. Bunun üçün həftədə yalnız bir saat qaçışla məşğul olmaq kifayətdir, özü də qaçışın intensivliyi kiçik də ola bilər.

Bu faktın izahı da tapılıb. Qaçış qan dövranını və əzələ hüceyrələrinin oksigenlə təmin olunmasını yaxşılaşdırır. Müntəzəm təmrinlər başlayan andan əzələlərdə ən kiçik qan damarlarının sayı artır: qaçışdan üç həftə sonra kapillyarların sayı maksimuma çatır. Nəticədə əzələlər daha çox oksigen alır, orqanizm isə daha dözümlü olur.

Qaçışla hər gün məşğul olmayan və yalnız bunun idman formasını seçənlərdə ürək-damar xəstəliklərindən ölənlərin sayı daha tez-tez və intensiv qaçanlara nisbətən az olub. Qaçışa alternativ kimi cəld yerişi yaxud velotrenajyorda məşğələləri seçmək olar.

ŞƏRH YAZIN