Musiqi Cavanlaşdırır

0
2598
Musiqi Cavanlaşdırır

Musiq insanı cavan saxlayırmış. Bəli-bəli düz oxudunuz. Aparılan bir araşdırma ilə müəyyən olunub ki, uşaqlıqdan musiqi ilə məşğul olan insanların beyni cavan qalır. Hətta onlar musiqini həyatı boyu davam etdirməsələr də nəticə eynidir. Bu faktı ABŞ alimləri aşkar ediblər və “Journal of Neuroscience” jurnalında dərc etdiriblər. Alimlər bildirir ki, yaş ötdükcə beyində musiqi duyumuna təsir edən dəyişikliklər olur. Məsələn, yaşlı insanların beynində dəyişən səslərə qarşı daha yavaş reaksiya gedir.

Həkim Ninan Krays ve onun Şimal-şərq universitetindən kolleqaları bunu yoxlamağa qərar verdilər. Onlar aydınlaşdırdılar ki, insanlar uşaqlıqdan qulaq asdığı musiqilərə daha tez reaksiya verir. Eksperimentdə 55-76 yaşlarında 2000 nəfər iştirak edib. Həkim Krausun fikrincə araşadırmaların da göstərdiyi kimi, uşaqlar üçün musiqi təhsilinin olması çox vacibdir. Bu beyni qocalmaqdan qoruyur.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN