Özünə İnanmaq İstəyirsən?

0
7752
Özünə İnanmaq İstəyirsən?

İnsanların qarşılaşdıqları ən böyük problemlərdən birindən-özünə inamın yoxluğundan danışacağıq. Çox insan öz iradəsi və öz gücünə inana bilmir. Bu səbəbdən də ayağına gələn fürsətləri itələyir. Halbuki özünə bir az inansa hər şey çox gözəl olacaq. Sizə özünüzdə inam yaratmaq üçün 15 qaydanı təqdim edirik:
1. Öz güclü və zəif cəhətlərinizi etiraf edin və buna uyğun olaraq məqsədlərinizi dəqiqiləşdirin.
2. Nəyin sizin üçün qiymətli olduğunu, nəyə inandığınızı, öz həyatınızı necə görmək istədiyinizi qətiləşdirin. İrəliləyiş olanda bundan yararlanmaq üçün planlarınızı analiz edin və onları bu günün nöqteyi-nəzərdən qiymətləndirin. 
3. Hər bir şeyin kökünə varın. Keçmişinizi təhlil edərək sizi bu vəziyyətə gətirib çıxaran halları araşdırın. Sizi əzab çəkməyə məcbur edən və ya kömək göstərə biləcəyi halda etməyən adamları anlamağa və bağışlamağa çalışın. Keçmiş səhvlərinizi, yanlışlıqlarınızı, günahlarınızı özünüzə bağışlayın. Əzablı xatirələrinizdən faydalı nəsə əldə edəndən sonra onları birdəfəlik yaddaşınızdan silin və bir daha onlara qayıtmayın. Pis keçmiş yaddaşınızda siz onu xatırlayana qədər yaşayır. Yaxşısı budur ki, yaddaşınızı baş vermiş ən kiçik uğurlarla bağlı xatirələr üçün boşaldın.
4. Günahkarlıq hissi və xəcalət sizə uğur qazanmağa mane olur. Onların badına getməyin. 
5. Davranışınızın səbəblərini şəxsiyyətinizdə deyil, hazırkı situasiyanın fiziki, sosial, iqtisadi və siyasi aspektlərində axtarın.
6. Unutmayın ki, hər bir hadisəni müxtəlif cür qiymətləndirmək olar. Reallıq hər bir kəsin ayrı-ayrılıqda gördüyü deyil. Reallıq şeylərin müəyyən adlarla çağırılması haqda insanların öz aralarında razılaşmasının nəticəsindən başqa bir şey deyil. Belə yanaşma sizə imkan verir ki, insanlara daha səbrlə yanaşasınız və alçaldıcı görünən hallara ürəyiaçıqlıqla tab gətirəsiniz.
7. Heç vaxt özünüz haqqında pis danışmayın. Ələxsus özünüzə «səfeh», «eybəcər», «bacarıqsız», «bəxtigətirməyən», «yönsüz» və s. kimi mənfi keyfiyyətləri özünüzə aid etməyin. 
8. Sizin hərəkətləriniz konstruktiv tənqidə məruz qalarsa, müxtəlif cür qiymətləndirilə bilər. Rifahınız üçün bundan istifadə edin və başqalarının sizin şəxsiyyətinizi tənqid etməsinə imkan verməyin.
9. Unutmayın ki, bəzən məğlubiyyət uğurdur. Bu məğlubiyyət sizi məcbur edəcək ki, göstərdiyiniz səylərə dəyməyən yalnış məqsədlərdən nəticə çıxarasınız və sonrakı daha böyük uğursuzluqlardan yaxa qutarmış olasınız.
10. Natamamlığınızı hiss etməyə məcbur edən adamlar, məşğuliyyətlər və şəraitlərlə barışmayın. Əgər onları və ya özünüzü dəyişdirə biləcək qədər özünüzə inam hiss etmirsinizsə, onda sadəcə olaraq bütün bunlardan üz çevirin. 
11. Özünüzü boşaltmağa, ürəyinizin səsini dinləməyə, təklikdə olanda ruhunuza yaxın olan işlə məşğul olmağa imkan tapın. Belə olsa, özünüzü daha yaxşı anlaya bilərsiniz.
12. Ünsiyyətdə olun. Bir-birinə bənzəməyən, özünəməxsusluğu ilə seçilən adamlarla, bacı və qardaşınızla ünsiyyətdə olarkən enerji mübadiləsindən zövq almağa çalışın. Təsəvvür edin ki, onlar da qorxu, inamsızlıq hissi yaşaya bilərlər və onlara yardım etməyə çalışın. Onlardan nə istədiyinizi və onlara nə verə biləcəyinizi dəqiqləşdirin. Sonra isə bu cür mübadiləyə hazır olduğunuzu onlara da anlatmağa çalışın.
13. «Mən»inizi həddən ziyadə qorumayın, çünki o, siz düşündüyünüzdən də möhkəm və plastikdir. O «əyilir», amma «sınmır». Unutmayın ki, «Mən»inizin qısamüddətli emosional zərbə alması fəaliyyətsizlikdə və izolyasiyada olmasından daha yaxşıdır.
14. Özünüz üçün bir neçə uzaq və ciddi məqsədlər seçin ki, onlara gedən yolda kiçik və aralıq məqsədlərdən keçəsiniz. Aralıq məqsədlərə nail olmaq üçün hansı məqsədlərdən istifadənin daha zəruri olmasını ölçüb-biçin. Hər bir uğurunuzu diqqət mərkəzində saxlayın, özünüzü ruhlandırmağa və tərifləməyə çalışın. Qeyri-təvazökar olmaqdan qorxmayın, çünki sizi heç kim eşitmir.
15. Siz passiv obyekt deyilsiniz ki, bütün xoşagəlməzliklər üstünüzə tökülsün. Ot deyilsiniz ki, həyəcanla tapdalanmağınızı gözləyəsiniz. Siz kamillik piramidasının zirvəsisiniz, valideynlərinizin ümidlərinin təcəssümüsünüz, Allahın yaratdığı mükəmməl varlıqsınız. Siz təkrarolunmaz şəxsiyyət, həyatınızın aktiv yaradıcısısınız. Əgər siz özünüzə inamlısınızsa, onda maneə sizin üçün çağırışa çevrilir, çağırış isə sizi fəaliyyətə təhrik edir. Bu zaman utancaqlıq geri çəkiləcək, ona görə ki, «necə yaşamaq lazımdır fikri» ilə narahatlıq keçirmək əvəzinə siz həyatı yaşamağa başlayacaqsınız. 

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN