Sadəcə Bir Müddətlik Susun!

0
2328
Sadəcə Bir Müddətlik Susun!

Səs küylər bizi psixoloji olaraq yoran amillərdəndir. Evdə - TV səsi, danışıqlar, yolda - maşınlar, siqnallar, insanlar, işdə - iş gərginliyi, işçilərin səsi. Getdiyimiz hər yerdə bu və ya digər dərəcədə sakitlik çatışmazlığından əziyyət çəkirik. Bu isə təkcə bizim eşitmə orqanlarımıza mənfi təsir göstərmir, bizim bütün orqanizmimiz, o cümlədən də qəlbimiz küy stresinə məruz qalır. Buna görə də həyatın bəzi mərhələlərində bizim hamımıza sakitlikdə qalmaq lazımdır ki, mühüm qərarı götür-qoy edək, ya da könlümüzün pozulmuş rahatlığını bərpa edək. Gündə heç olmasa bir neçə saat özünüz üçün sakitlik yaradın. Bunun üçün ilk növbədə susmaq lazımdır.
Susmaq - daxili harmoniyanın bərpa üsullarından biridir. Susmağa təb gətirməyən adamlar, psixoloqların fikrincə, heç cür həll edə bilmədikləri daxili problemlərdən üzülür, buna görə də mənəvi həytındakı bu boşluğu səs-küylə doldurmaq istəyirlər. Bizim ağzımızdan çıxan sözlərlə baş verənlər arasında ümumi məqam çox az olur.
Sakitcə oturaq
Heç olmasa, gündə bir neçə dəqiqə sakit bir guşəyə çəkilin. Səsli gerçəklikdən 20-30 dəqiqə uzaqlaşmaq arterial təyziqə və ürəkdöyünməyə qeyri-adi müsbət təsir göstərir. Gün ərzindəki davranışınızı təhlil edin. Anlayacaqsınız ki, maşına əyləşən kimi radionu açmaq heç də vacib deyil, evdə çəkmələri soyunan kimi televizorun qarşısında oturmaq da lazım deyil. Səssizliyin ən xoşagələn üsulu-axşam telefonu söndürüb bağlı qapı arxasında efir yağları ilə ətirli vanna qəbul etməkdi. Bütün bu sadə təbirlər sizin ovqatınıza müsbət təsir göstərir. Susmağın xeyrini hiss etdikdən sonra irəli gedib, fiziki mərkəzləri susmaqla sağaltmaq olar.

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN