Stress- Tədrici Ölümdür !

0
1628
Stress- Tədrici Ölümdür !

Stressin idarə edilməsi
Həyəcanlı gərginlik bütün həyatınızı təsir edə bilər. Bu təsirlənməyi aşağı salmaq, insan sağlamlığı və uzun yaşamaq üçün son dərəcə lazımlıdır. Aparılan araşdırmalar stressin, bir çox xəstəliyin başlamasında və artımında səbəb olduğunu aşkar etmişdir. Stress, daxili çətinlikdən tutmuş, bədənin immun sisteminin pozulmasına qədər geniş bir miqyasda insan sağlamlığını təsir etməkdədir. Stress bütün tarazlığı alt-üst edir. İçinizdəki  sıxıntını dəf etmədikcə gərginlikdən xilas ola bilməyəcəksiniz və gərginlik artdıqca çətinliyiniz çoxalacaqdır.Zehni tənzimləmələrlə, yeni şərtləndirmələrlə stressi məğlub etmək artıq daha asandır. Öz gücünüzü istifadə edərək, gərginliyi aradan qaldıran; cismi və zehini boşaltma məşqlərini öyrənməklə stressin öhdəsindən gələ bilərsiniz.
Bədəndəki kimyəvi tarazlıqları təmin edən mərkəz beyninizdir və bu tarazlıqları düşüncələriniz yönləndirir. Hər şey düşüncədən əmələ gəlir:Pessimist düşüncə bədəndəki kimyəvi tarazlıqlara da mənfi təsir edir.Başqa sözlə pozitiv düşüncənin gücünə əhəmiyyət verməmək olmaz.Bu səbəblə düşüncələrimizi özümüz idarə etməliyik. Düşüncələrimizi və bədənimizi  tabeçiliyimizdə saxlaya bilmənin ilk addımı diqqətimizi bir nöqtədə toplamanı öyrənməkdən keçir.Aparılan tədqiqatlara görə yaxşı və qalıcı öyrənmə, beynin sağ və sol yarımkürələrini tarazlayaraq öyrənməkdir."Memory Centers"də beynin bioelektrik xəritəsi çıxardıldıqdan sonra "CEEG"də azalmanı qeydə alan dalğaların olduğu bölgədə biofeedback ilə məşq etdirilir. Biofeedback qeyri-simmetrik sturuktur müşahidə olunan tərəfləri bərabərləşdirmək məqsədilə istifadə edilir."Alfa" adlandırılan, rahatlaşdırıcı və stresssiz öyrənmə halını meydana çıxaran dalğaları maksimum yüksəkliyə çıxarmaq hədəflənir.Boşalma məşqləri ilə birgə beyninizin yaydığı dalğaları kompüter ekranında görə bilərsiniz. Və nəticədə şüur olaraq düşüncə sisteminizi idarə altına alaraq məşqlərdə təlim aldıqdan sonra beyninizin istədiyiniz dalğa mühitinə girməsini təmin edə bilərsiniz.
Stresin idare edilməsinə yeni bir yanaşma-NEUROBIOFEEDBACK
Çoxlu stress, orqanizmdə avtomatik olaraq bəzi fizioloji əlamətlərin meydana gəlməsinə gətirib çıxarar.Döyünmə, nəfəs darlığı, əzələ gərginliyi və sonrakı dövrdə bunlara əlavə olunan unutqanlıq,diqqət dağınıqlığı kimi şikayətlər,xüsusilə çox şiddətli olduqda,adamın həyatını korlayan bir səviyyəyə çata bilər.Bunların psixoloji əsaslı olduğunu bilməmək insanı müxtəlif  müalicə axtarışlarına yönəldə bilər.Bu əlamətlərin itməsi ancaq qayğılarının azaldılmasıyla mümkündür.
Biofeedback,insanın bu fizioloji əlamətlərə nəzarət etməsinə,bir mənada da psixoloji olaraq boşalıb rahatlamağı öyrənməsinə köməkçi bir texnikadır.

 
“Cazibə Qüvvəsi” Fərdi İnkişaf Jurnalı
 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN