Köhnə Əşyalardan Xilas Olun!

0
2892
Köhnə Əşyalardan Xilas Olun!

Təfəkkür proseslərinə təhlil, tərkib, müqayisə, ümumiləşdirmə, konkretləşdirmə və təsnifat daxildir. Təhlil cismi və ya hadisəni fikrən hissələrə ayırmağa deyilir, yəni elementləri parçalamaq. Təhlil real ola da bilər, olmaya da bilər. Tərkib bu hissələri fikrən birləşdirməkdən ibarətdir. Cisim və hadisələr arasında oxşar və fərqli cəhətləri fikrən müəyyənləşdirməkdən ibarət olan əməliyyata müqayisə deyilir. Müqayisə zamanı cisim və hadisələr qarşılaşdınlır, onlar arasındakı ümumi və fərqli cəhətlər tapılır. Cisim və hadisələri aralarındakı mühüm əlamət və xassələrinə görə birləşdirməkdən ibarət olan əməliyyata ümumiləşdirmə deyilir. Ümumiləşdirmə 3 istiqamətdə olur:

- Ümumi və mühüm əlamətlər ümumiləşdirilir (meyvə, tərəvəz, meşə və s.).
- Ümumi və mühüm münasibətlər ümumiləşdirilir (hündür, alçaq və s.)
- Təlim ümumiləşdirmələri (tezis, plan və s.)
 
Konkretləşdirmə müəyyən ümumi müddəaya aid olan xüsusi halları fikrən müəyənləşdirməkdən ibarətdir.
 
Cisim və hadisələrin ümumi və oxşar cəhətlərini müəyyənləşdirib, onların fikrən hər hansı qruplara, dəstəyə, növə ayrılması əməliyyatı təsnifat adlanır (məs, xorda-ılar, sürünənlər, quşlar).
 
Təfəkkürün növlərinə daxildir: əyani — əməli təfəkkür, əyani — obrazlı təfəkkür, texniki təfəkkür, mücərrəd təfəkkür, bədii təfəkkür, dialektik təfəkkür, məntiqi təfəkkür.
 
Əyani-əməli təfəkkür 3 yaşına qədər uşaqlarda üstünlük təşkil edir. Təfəkkürün bu növü ən çox bilavasitə təsir edən cisim və hadisələrin dərk edilməsi ilə əlaqədardır, yəni əşyalar üzərində praktik fəaliyyətlə bağlıdır.
 
Əyani-obrazlı təfəkkür obrazlı materiala istinad edir. Bu halda cisim və hadisənin qavrayış və təsəvvür surətləri təhlil edilir, müqayisədən keçirilir.
 
Texniki təfəkkür texniki məsələlərin həllinə yönəlir və bu sahədə yüksək göstəricilərə nail olmağa imkan yaradır.
 
Mücərrəd təfəkkür zamanı fikri fəaliyyət əsasən ümumi və mücərrəd məfhumlara istinad edir.
 
Əməli təfəkkür əməli məsələlərin həlli ilə əlaqədar olan təfəkkürdür.
 
Bədii təfəkkür varlığı obrazlı surətdə əks etdirməklə bağlı olan təfəkkürdür.
 
Dialektik təfəkkür ictimai və təbiət hadisələrini daim inkişaf edərək dəyişmə prosesində əks etdirən təfəkkürdür.
 
Məntiqi təfəkkür obyektiv gerçəkliyin qanunauyğun əlaqələrinin düzgün inikas etdirilməsi ilə əlaqədar olan təfəkkürdür.
 

ŞƏRH YAZIN