Tətilinizi Gözəl Dəyərləndirin

0
1777
Tətilinizi Gözəl Dəyərləndirin

Artıq məzuniyyətlər başlayıb. Kimisi gedib və gəlib. Kimisi hələ məzuniyyətdədir. Kimisi də məzuniyyət üçün gün sayır. Məzuniyyət, daha düzünü desək istirahət hər kəsin haqqıdır və insanı enerji ilə yükləyir. Bir də tətildən qayıtmaq məsələsi var. Bu çox insanı depressiyaya sala bilər. Belə halın baş verməməsi üçün hansı tədbirləri görmək lazımdır? Psixoloq Nuray Sarp tətildən sonra depressiyaya düşməməyin bir neçə yolunu göstərdi:

Tətildə iş problemləri çıxartmayın.

Tətilə çıxmazdan əvvəl öhdənizdə qalan iş yükləmələrinin tamamlanmış olması böyük əhəmiyyət daşıyır. Hətta təxmin etdiyinizdən də yüksək əhəmiyyət daşıyır. Bu səbəblə müdirinizə tətil vaxtında "Mən bu işə baxaram, mən onu edərəm"  sözü verməyin. Özünüzə zaman ayırın. Bir sözlə tətil sonrası depressiyaya düşməmək üçün özünüzlə tamamlanmamış işlər götürməyin.

İçdiyiniz içkilərə diqqət edin.

Tətildə bol-bol su qəbulu çox vacibdir. Ancaq su ehtiyacını qazlı və kolalı içkilər yerinə, mümkün olduqca su ilə qarşılamağa diqqət göstərin. Ən az 10 stəkan su için. Spirtli içki qəbulunda isə tətildəsiniz deyə heç sərhədi aşmayın. Spirtli içkilərin qəbulunun diqqətə alınması şərtdir. Olmazsa daha yaxşı olar.

Hadisələrdən xəbərdar olun.

Tətildə beyninizin dincəlməsi çox vacibdir, amma bu dünyadan qopacağınız mənasına gəlməməlidir. Tətildə məsələn hər gün bir qəzet oxumağa diqqət edin. İnternetdən ölkədəki və dünyadaki hadisələri izləyin.

Sağlam qidalanın.

Sağlam bir həyat tərzinin əsas şərti düzgün qidalanmaqdan keçir. Tətilə çıxmış olmanız, xüsusən də hər şey daxil otel və tətil yerlərində açıq kafelər qarşısında həddi aşmayın. Xüsusən şəkərli və karbohidratlı qidalara diqqət etməniz şərtdir. Belə ki, yedikləriniz tətildən sonra sizdə artıq çəki olaraq depressiyaya səbəb olar  və bundan sonra özünüzə pəhriz həkimi axtarmağa başlayarsınız.

Yataq keyfini uzatmayın.

Tətildir deyə günlük yuxu normasının üstünə çox çıxmayın. Yuxu norması həm tətildə, həm də tətildən sonra son dərəcə vacib bir nöqtədir. Necə olsa da, işdə deyiləm deyib, gecə çox gec uzanıb günortaya qədər yatmayın. Məsələn, iş zamanı günə 08:00-da başlayırsınızsa, ən çox 1 saat gec qalxın.

Sevdiklərinizə daha artıq zaman ayırın.

Sevdiyiniz insanlarla hər cür münasibətiniz sizin daxili dünyanızda yer tapır. Hətta fərq etmədən üz ifadənizə də təsir edir. Onların bir gülüşü, bir baxışı hər iki tərəfdə də müsbət emosiyalar əmələ gətirir və əslində fərq etmədən hissi boşluğu da doldurur. Tətildə sevdiklərinizə daha artıq zaman ayırmanız sizi xoşbəxt edəcəkdir. 

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN