Təxəyyül və yaradıcılıq.

0
6075
Təxəyyül və yaradıcılıq.

Yaradıcılıq nədir?
 
Yaradıcılıq psixologiya elmini 2 cəhətdən maraqlandırır: bir tərəfdən yeni surətlərin yaradılması prosessual xarakter daşıyır, digər tərəfdən təxəyyül yaradıcılıq prosesində bir qabiliyyət kimi formalaşır, yəni şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətlərindən biri kimi meydana çıxır. Psixologiyada yaradıcılıq prosesi müxtəlif istiqamətlərdə öyrənilir. I istiqamət alimlərin, yazıçıların, bəstəkarların, rəssamların ayrı-ayrı əsərlərin yaradılmasına aid fikirlərinin öyrənilməsindən ibarətdir. II istiqamət hər bir rəssam, yazıcı, bəstəkar müəyyən bir əsər üzərində işləyərkən müxtəlif istiqamətlərdə yaradıcılıq işi aparır. Məs, bəstəkar müəyyən bir musiqini bir neçə variantda yazır.
 
Təxəyyülün xüsusiyyətlərini aydınlaşdırmaq üçün bu tədqiqatlar xüsusi əhəmiyyətə malik olan nəticələr çıxarmağa imkan verir. Onlardan bəzilərini qeyd edək:

Yaradıcılıq mürəkkəb prosesdir. hər hansı bir surətin yaradılmasında müxtəlif psixi proseslər (qavrayış, hafizə, təfəkkür, təxəyyül, nitq, hisslər və s.) iştirak edir. Lakin onların içərisində təxəyyül xüsusi yer tutur.
 
Təxəyyül fəaliyyət prosesində formalaşır. O, özünün quruluşuna görə fəaliyyətin struktur xüsusiyyətlərini əks etdirir.
 
Yaradıcılıq prosesində insanda özünüaktuallaşdırma tələbatı formalaşır. Yaradıcı insanlar həmişə bu məsələyə diqqət vermişlər, əməksevərliyin yaradıcı fəaliyyət sahəsində də böyük əhəmiyyətə malik olduğunu xüsusilə qeyd etmişlər.
 
Bütün psixi proseslər şəxsiyyət xarakteri daşıyır. İnsanın öz şəxsiyyətini yaratdığı surətlər vasitəsilə ifadə etməsi üçün ən optimal şərait məhz yaradıcılıq prosesində əmələ gəlir.
 

ŞƏRH YAZIN