Uğur Qazanmaq İstəyiriksə, Planlı Çalışaq

0
4133
Uğur Qazanmaq İstəyiriksə, Planlı Çalışaq

Müvəffəqiyyətli olmaq üçün planlı çalışmalıyıq. Plan - insanı müəyyən zamanlarda müəyyən işləri bitirməyə məcbur edir. Məsələn "2 saatda bu dərsi bitirəcəyəm, bu qədər sual həll edəcəyəm” və s. kimi məqsəd qoyduq. Deyək ki; 100 sual həll edəcəyəm dedik, beyin 100 sualı həll etmə mərhələsində bizi motivasiya edib sualları bitirmək üçün ruhlandıracaq...Lakin planlı olmazsa özbaşına çalışarıq. 50-ci sualda yorulsaq, sualları bitirmək üçün səy etməz; bu qədər bəsdir deyərik. Lakin planlı çalışsaq, plan 2 saata 100 sualın hamısını həll etməyə bizi motivasiya edər, o işi bitirməyə məcbur edər.
 
Planlı işləyə bilmək üçün, gündəlik zaman cədvəli hazırlamaq ilk addım olmalıdır. Səhər duruşumuz, məktəbimiz, boş zamanlarımız, dərs, iş zamanlarımız. Bunu çox yaxşı tərtib etmək lazımdır. Günlük planımıza tabe olmaq əvvəllər çox yorucu, çətin hətta lazımsız görünə bilər. Zaman keçdikcə planlı hərəkət etmək vərdiş halına gələcək və zamanın nə qədər məhsuldar istifadə etdiyinizi rahatlıqla fərqinə varacaqsınız.  
 
Plan hazırlayarkən məqsədlər və prioritetlər dəqiq təyin olunmalıdır. Planı  hazırlayarkən bu planı hazırlama məqsədimizin nələr olduğunu yaxşı bilmək lazımdır. Bir məqsəd yoxkən plan tərtib edirsinizsə bilin ki, bu plan tətbiq edilmir. Məqsədlər və prioritetlərimizi doğru, dəqiq təyin edib, planı həmin meyarlara uyğun tərtib etməliyik.
 
 
 
 
 
 
 
Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN