Utancaqlığı Geridə Qoyun

0
3318
Utancaqlığı Geridə Qoyun

Hər 10 adamdan birində utancaqlıq probleminə rast gəlirik. Bu problem səbəbindən, bəzi şeylərdən çəkinir, addım atmağa utanırıq. 

Əldə edilən məlumatlara görə, utancaqlıq problemi olanların ən sıx müraciət etdiyi yollardan biri, spirtli içkilərdən istifadə etməkdir.Bir çox adamlar utancaqlığını spirtli içkilərlə yox etməyə çalışır.Aparılan araşdırmalar nəticəsində məlum olub ki,həddindən artıq utancaq insanlarda utancaq olmayanlara nisbətən,alkoqolizm və spirtli içkinin yaratdığı digər problemlərə daha çox rast gəlinir. Sıx müraciət edilən bir digər həll yolu isə,narkotik maddələrdən  istifadə edilməsidir. Üçüncü bir üsul, utancaqlıq böhranına yol aça biləcək, ictimai fəaliyyətləri kənarlaşdıra biləcək   bir həyat tərzi inkişaf etdirməkdir. İş və məktəb mühitində ön plana çıxmağı və özünü göstərməyi tələb edən vəziyyətlərdən uzaq durmaq, sadə və gözə batmayacaq işlərə yönəlmək, bu həyat tərzinin təməl taktikaları arasında sayıla bilər.

Mütəxəssislər hər üç üsulun da kiçik hesab edilməyəcək fərdi itkilərə səbəb olduğunu söyləyirlər. Onların fikrincə;

"Alkoqolizm və maddə asılılığının səbəb olduğu problemlər hər kəs tərəfindən bilinir. İctimai təsirlərdən  uzaq dayanmağa söykənən bir həyat tərzinin nəticəsi isə, aşağı ictimai və peşə müvəffəqiyyəti və təklikdir. Həddindən artıq utancaq insanlar, orta hesablamalara görə, daha aşağı bir təhsil alır, daha az pul qazanır və qarşı cinsdən  uzaq durmaları səbəbi ilə  yoldaş tapmaqda daha çox çətinlik çəkirlər. Bu insanların  otuz faizə yaxın  hissəsi heç evlənmir və tək  yaşayır. Əgər problem yalnız cəmiyyət  qarşısında danışmaqla məhdudlaşırsa , ümumiyyətlə, adamı üç-dörd saatlığına həddindən artıq utancaqlığın əlamətlərindən uzaqlaşdıran dərmanlardan istifadə edilir. Beta blocker adı verilən bu dərmanlar, yaşanan daxili qarışıqlıq,ürək döyüntüsü, tənginəfəs qalma, səs titrəməsi və üz qızarması kimi yollarla xaricə vuran əsəbi mesaj sistemini blok edir. Beta blokerlərin səhnə sənətçiləri arasında daha çox istifadə olunduğu qeyd olunub. Daha davamlı bir rahatlıq  üçün isə beyindəki sinir ötürülməsini təmin edən maddələr üzərində  daha təsirli bəzi dərmanlar istifadə edilir." 

 

Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN