Yeni Dostlar Qazanın

0
2076
Yeni Dostlar Qazanın

Əksəriyyət insan hər zaman yenilik və dəyişiklik axtarışındadır.Yeni məkan,yeni iş,yeni geyim,yeni imic və hətta,yeni dostlar.Ətrafımızda çox dostumuzun olmasının faydası var ki,zərəri yoxdur.Odur ki,sizə təqdim edəcəyimiz üsullarla yeni dostlar qazanma şansınız var.Bunu dəyərləndirin.

Əvvəla hobbilərinizi artırın
Fərqli şeylərlə məşğul olaraq fərqli insanlarla tanış olmaq şansınızı artıra bilərsiniz.Məşğələ kursları bunun üçün yaxşı imkandır.Üstəlik burada tanış olacağınız insanlarla ortaq maraqlarınız olacaq.Birlikdə keçirilən vaxt da uzun olduğuna görə daha yaxşı dostlar tapa bilər və uzun müddətli dostluqlar yarada bilərsiniz.

Komanda oyunu
Fərqli komanda oyunları ilə məşğul olaraq da yeni insanlarla tanış olmaq mümkündür. Komanda dostları arasındakı münasibətlər sağlam olur və bu sosial həyatda da birlikdə vaxt keçirməklərinə yardım edir.Sağlam dostluq hər kəs üçün ən yaxşı seçimdir.

World Wide Web (Ümumdünya hörümçək toru)
İnternet münasibətlərin təkamülünə səbəb olur.Adından da göründüyü kimi bütün dünya ilə əlaqəni təmin edir.Pis nəticələr və təcrübələr eşitmiş olsaq da,güvənli qurulan münasibətlər möhkəm dostluqlar yarada bilər.

Ailəvi yığıncaqlar
Qohumlar da yeni insanlarla tanış olmaq üçün yaxşı vasitəçi ola bilər.Fürsətləri qaçırmayın və ailə,qohum yığıncaqlarında iştirak edin.Həmçinin dostlarınızın dostlarından da yaxşı alternativlər tapmaq mümkündür.

Gündəlik vərdişlər
Hər səhər qəhvə içdiyiniz kafedə tanış olduğunuz insanlarla  bir müddət sonra salamlaşmağa başlamırsınız? Ya da kitabxana,süpermarket.Bu cür fürsətləri kiçik hesab etməyin.

Müxtəliflik həyatın zövqüdür
Əgər hər gün eyni şeyləri edir və bu hal səni yorursa,işləri dəyişməyin vaxtı gəlib çatıb.Hər zaman eyni məkanlara gedirsinizsə,yeni insanlarla tanış olmaq şansınız aşağı düşür.Bir az dəyişiklik edin.Yeni məkanlar hər kəsə müsbət təsir göstərər.

Yardım kampaniyaları
Yeni insanlarla tanış olmaq üçün fürsət yaratdığı kimi,yararlı olduğunuzu hiss etdirəcək və ehtiyacı olanlara yardım edəcəyiniz üçün mənəvi rahatlıq gətirəcəkdir.Üstəlik bu cür mühitlərdə tanış olacağınız insanlar şübhəsiz ki,yaxşı xarakterə və ürəyə sahib olan insanlar olacaqdır.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN