Yuxudan Oyanmaq Daha Asan Olacaq!

0
2937
Yuxudan Oyanmaq Daha Asan Olacaq!

Yaxşı və şirin yuxu almaq üçün sizə bir neçə ipucu verəcəyik. Bu tövsiyyələr sizin işinizə çox yarayacaq!
Erkən yatın: Səhərlər tezdən qalxa bilməmənizin səbəbi kifayət qədər yata bilməməniz ola bilər. Gecələri erkən yatsanız, yuxunuzu alarsınız və səhər də rahatca oyanarsınız. Gecə yarısına qədər ya da daha gec saatlara qədər ayaqda qalmağa, həqiqətən, ehtiyacınız varmı? Gec saata qədər oyaq qalsanız sabahısı gün məhsuldar ya da faydalı olamaya bilirsiniz. Gərəksiz televiziya şouları ya da ictimai media olmasa da olar, zamanınızı boşa xərcləməyin.
Yuxu saatlarınızda nizamlı olun: Həftə sonları da daxil olmaq üzrə hər gün eyni saatda yatıb eyni saatda qalxsanız bədəniniz nizamlı bir yuxu proqramına alışar. Bunu vərdiş halına gətirsəniz səhərlər tez qalxmaqda çətinlik çəkməzsiniz.
Yatmazdan əvvəl əsla yemək yeməyin: Gecənin irəliləyən saatlarında əl üstü yeməklər ağılınızı ala bilər, lakin bu səhər erkən qalxmaq və özünüzü istirahət etmiş hiss etmək istədiyinizdə bu çox da yaxşı bir fikir olmaz. Yuxu bədəninizin istirahət etmə, təmir və yenidən enerjili olması üçün lazımlıdır. Yediyiniz yeməklər yuxuya getməyinizi çətinləşdirər. Ayrıca gecə boyunca mədəniz dolu olunca narahatlıq hiss edərsiniz. 8 saat yatsanız belə səhər oyanınca özünüzü yorğun və halsız hiss edərsiniz.
Kafenin istehlakını azaldın: Günortadan sonra kafeinli içki istehlakını azaldaraq ya da tamamilə kəsərək səhərlər daha asan oyana bilərsiniz. Bu ilk başlarda sizə çətin gələ bilər, lakin bu kafeinin istəyinə qarşı çıxmanız lazımdır.
Erkən qalxmaq üçün yaxşı bir səbəbiniz olsun: Səhərlər erkən qalxmaq ilk başlarda sizin üçün çətin ola bilər. Bunun üçün özünüzə yaxşı bir səbəb taparaq motivasiya əldə et. Erkən qalxdığınızda gözəl bir səhər gəzintisi kimi şeylərlə özünüzü mükafatlandıra bilərsiniz.
Erkən qalxmağı mübarizəyə çevirin: Erkən qalxmağı mübarizəyə çevirin, səhər namazına durun və ardından təkrar yatmayın, kitab oxuyun, səhər gəzintisi edin. Bu vərdişinizdən əsla imtina etməyin.
Məşq edin: Erkən qalxmaq üçün məşq əyləncəli bir vasitədir. Çünki günortadan sonra ya da axşam saatlarında edilən məşq erkən yatıb bədəninizin yaxşıca istirahət etməsini təmin edər. Ayrıca səhərlər məşq etmək də özünüzü enerjili hiss etmənizi təmin edər.
Saatınızı əliniz çata bilməyəcəyiniz bir yerə qoyun: Olduqca köhnə bir üsul olsa da erkən qalxmaqda ən təsirlisidir. Saatınızı axşamdan qurun və otağın digər tərəfinə yerləşdirin. Beləcə səhərlər yataqdan qalxıb həyəcanı bağlayarsınız və yuxunuz daha tez açılar.
Yatağa sakit olaraq gedin: Gecə yatmazdan əvvəl əsəbiləşsəniz, bir şey düşünsəniz yuxuya getməkdə çətinlik çəkərsiniz. Bu səbəbdən yatmazdan əvvəl gərginsinizsə. isti bir çobanyastığı çayı içib boşaldıqdan sonra yatmağa gedin.
Həyəcanlı bir nahar planlayın: Səhər möhtəşəm, ləzzətli bir nahar etməyi planlayıb da yatsanız, yorğunluğunuz azalar və daha tez yuxuya gedərsiniz. Edəcəyiniz nahar təzə meyvədən hazırlanan meyvə şirəsindən olsa daha maraqlı ola bilər.

 


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN