Dörd Reiki Möcüzəsi

0
1718
Dörd Reiki Möcüzəsi

Bütün bu olanlar Dr. Usuiyə dərindən təsir etmiş, imtiyazlı hiss etdirmiş və çox həyəcanlandırmışdı.
 
Tez bir zamanda kilsəyə geri qayıdıb, ona çox şey öyrətmiş olan və Reikiyi kəşf etmək üçün ona çox kömək etmiş olan keşişlə görüşmək istəyirdi. 
 
Kəşfini keşişə danışmaq üçün tələsərkən, yolda Dr. Usuinin ayaq barmağı daşa dəydi. Barmağı çox ağrıdı və qanamağa başladı. Dr. Usui oturdu və ayağını əllərinin arasına aldı. Yarası bir anda bağlandı.
Bu, reikinin yaxşılaşdırıcı möcüzəsi idi. Geri dönərkən yolda yeməkxanaların birində dayanıb yemək yeməyə qərar verdi və özünə çoxlu yemək sifariş verdi. Onun uzun müddətdir ki,oruc tutduğunu anlayan aşbaz, çox yeməyin onun üçün ziyan olacağını dedi. Ancaq Dr. Usui yeməyi yeməkdə qərarlı idi. Yeməyi yedikdən sonra heçnə olmadı. Bu, reikinin ikinci möcüzəsi idi. Yeməyi ona,dişi iltihablandığı üçün çox əziyyət çəkən aşbazın nəvəsi gətirmişdi. Dr. Usui gənc qıza, şişmiş bölgəyə toxunmaq istədiyini dedi. Toxunan kimi ağrı itdi və şiş də çəkildi. Bu, üçüncü möcüzə idi. Dr. Usui sevinc içində və xoşbəxt xəbəri paylaşmaq üçün Monastıra yola düzəldi. 
 
Monastıra çatanda, keşişlər ona baş keşişin oynaq iltihabından yatağa düşdüyünü dedilər. Dr. Usui yuyundu, təmiz paltarlarını geyindi və baş keşişi ziyarət etdi. Baş keşiş, ondan ağrılarını azaldan bir nümayiş göstərməsini istədi. Sonra onlar Dr. Usuinin bu qabiliyyətindən necə istifadə edəcəklərini və kimlərin reikiyə daha çox ehtiyac duyduqlarını müzakirə etdilər. 
 
Dr. Usui kasıblara və xəstələrə reikini tətbiq edəbiləcəyi bir yer olan Kyotonun məhəlləsində yaşamağa qərar verdi. Baş keşiş Dr. Usuinin bu fikrini çox dəstəklədi. Amma ona bunları dedi: "İnsanları başdan-ayağa sağaltmaq lazımdır". Bədənin və ya zehnin müvəqqəti yaxşılaşması kafi deyildir. Uzunmüddətli bir sağlamlıq üçün, insanların öz daxili aləmləri haqqında düşünmələri və müsbət cəhətdən çevriliş etməkləri lazımdır. 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN