Reiki Nədir

0
3559
Reiki Nədir

Reiki— şəfanın və ruhun öyrənilməsi üçün edilmiş təcrübələr nəticəsində yaranmışdır.Qərbə yayılmağa başlayanda "Universal Həyat Enerjisi" kimi tərcümə edilmişdir. Ancaq ezoterik olaraq "uca qaynağın şüurunu daşıyan, ruhi məqsədlə çalışan həyat gücü enerjisi" mənasını verir. Yəni Reiki, bir ruhi şəfa texnikasıdır.
Qaynağının Tibet olduğu güman edilən Reiki, 19-cu əsrdə yapon buddisti olan Dr. Mikao Usui tərəfindən yenidən ortaya çıxarılmış və bir şəfa texnikası kimi təqdim edilmişdir.
Reiki— bədəndə meydana gələn enerji natarazlıqlarını və mənfi enerji bloklaşmalarını həll edə bilmək üçün qeyri-kafi və ya əskik qalan enerjimizi nizamlayıb tamamlayar və əsasən şüur dəyişikliyi reallaşdıraraq ruhi,dolayı yolla da fiziki yaxşılaşma müddətini başlatmağımızın yolunu açar.
Reiki fiziki, zehni, duyğusal problemlərin hamısında istifadə edilə bilər. Reiki bir din deyil və heç bir inanca bağlı tutulmaz. Yaponiya, Amerika və Avropanın bəzi bölgələrində "Reiki" klinikaları var. Türkiyədə də son illərdə geniş bir şəkildə istifadə edilir.
Reiki— bir Reiki ustasının, şagirdinə Reikini etmək qabiliyyətini köçürməsiylə olar. Seminara qatılan adam enerjini,enerjinin işləmə sistemini və əl ilə müalicə etməyi öyrənər.
Enerji ötürülməsi zamanı ötürmə tətbiq olunan adama, o adamdan da ötürmə tətbiq edən adama hər hansı bir problem keçməz.Reiki tətbiq olunarkən,diqqətini sadəcə reikiyə yönəltmək və inanmaq şərt deyil. Siz inanmasanız belə o çalışar və şəfa verər.
 
 
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN