Reikidə Təsdiq

0
1831
Reikidə Təsdiq

Biz təməl olaraq dünyaya sevgi enerjisi ilə gəlirik. Lakin, 3 yaşımızdan sonra zehnimiz dünyanı dərk etməyə başlayır və qorxularla tanış olmağa başlayırıq. Eqomuz bizləri qorumaq üçün qorxu enerjimizdən istifadə edir və yavaş-yavaş ilk saf halımızda olan sevgi enerjimizdən uzaqlaşırıq. Bizim məqsədimiz sevgi enerjisinin tezliyini, qorxu enerjisinin tezliyinin üstünə çıxarmaqdır. 

Zehni düşüncələrimiz həyatımızda olan duyğu və hisslərimizə təsir edər. Həyatda başımıza gələn hər şeyin səbəbi, bizim zehni düşüncələrimizdir. Reiki zamanı ilk öncə bizim mənfi düşüncələrimiz yerini müsbət düşüncələrə verir. Bu zaman ərzində həyata baxışımız tamamilə dəyişir və bu səbəbdən də özümüz üçün yaratdığımız hər şeyi tamamilə dəyişə bilərik. Reiki zamanı yeni bir şeylər yaratdığınızı düşünün və xəyal edin. Onsuz da siz olan bir şeyi dəyişdirməyə çalışmırsınız. Belə etməklə,ona müqavimət göstərirsiniz, yəni ziddiyət yaradırsınız. Reiki özünüzdə olan mənfi düşüncələri atıb, yeni dünyagörüşü formalaşdırmağınıza kömək edəcək.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN