Reklamçılıqda Sərhəd Tanımayan Qlobal Markalar.

0
2495
Reklamçılıqda Sərhəd Tanımayan Qlobal Markalar.

PSFK tərəfindən hazırlanan reklamçılığın gələcəyi ilə bağlı olan hesabat markaların reklam strategiyaları haqqında olduqca maraqlı məlumatları ortaya çıxarır.

Gün keçdikcə dəyişən texnologiya,ictimai hadisələr, qurşaqların xarakteristik xüsusiyyətləri və s. qlobal markaları əsas hədəf kütlə olan gənc nəsillərə çatdırmaq üçün  daha çox yaradıcı işlər görməyə təhrik edir.Markaların dəyər təklifləri eyni qalsa da,kütlənin maraq və diqqətini davamlı olaraq canlı tutmaq üçün daha çox cəhd və yeniliklər etmək lazım gəlir.

Online satış yerlərinə olan marağın artması uzun zamandan bəri fəaliyyət göstərən firmaların davamlı mesaj çatdırma vaxtını dəyişdirərək ,yenidən formalaşdırır.

Markaya olan inam və rəğbəti qoruyub saxlamağın çətinləşdiyi bir vaxtda kütləyə davamlı olaraq yenilik gətirən və bunun üçün sərhəd tanımayan markalara birgə nəzər salaq;

Nike

İlk nümunəmiz olan “Nike” idman sahəsində olduqca uğurlu işlərə imza atan marka kimi tanınır, kütləni formalaşmış bir idmançı görünüşü ilə tanış etmək istəyir. Məsələn, artıq mobil reklam vasitəsi ilə öz məhsullarını tanıdarkən, istehlakçının ölkəsindəki hava şərtlərini nəzərə alır.

Bununla birlikdə Nike + tətbiqi ilə də mobil fərdiləşdirmənin üsulları inkişaf etdirilir, bu tətbiqin köməyi ilə kütləyə daha öncədən “Nike” nümayəndələri ilə yaşadığı dioloqlarla bağlı olan xüsusi reklamlar göndərir.

 

 

 

 

Tərcümə etdi:Nəzrin Məmmədova

ŞƏRH YAZIN