2,14 Milyard Dollarlıq Oyuncaq Satıb

0
1056
2,14 Milyard Dollarlıq Oyuncaq Satıb

Dünyanın ən böyük oyuncaq istehsalçılarından Danimarkanın Lego şirkəti, sektorda liderliyini qoruyur.

Lego, 2015-ci ilin ilk yarısında satışlarının 23 faiz artaraq 2,14 milyard dollarlıq dövriyyəyə nail olduğunu açıqlayıb.

Həmin dövrdə, bazarın digər böyük şirkətlərindən biri olan, "Barbie"nin istehsalçısı Mattel satışlarında 5%-lik azalma olduğunu açıqlayıb.

Dünyada ən çox bəyənilən oyunlarından biri olan Monopoly, Pokemon, Transformer kimi oyunların istehsalçısı Hasbro-nun bu dövrdəki satışları yalnız 0.2 faiz artıb.

1930-cu ildə yaradılan Lego, bir-birinə əlavə olunan kiçik plastik kərpiclərdən ibarət olan oyuncaqları ilə sektorda cığır açmışdı.

 
 

ŞƏRH YAZIN