Anket Dolduraraq Pul Qazanmaq

0
5168
Anket Dolduraraq Pul Qazanmaq

Pulu yanlış yerlərdə axtarmayın. Biraz zaman ayıraraq və səy göstərərək  online anketlər sayəsində pul qazana bilərsiniz. Qanuni olan internet saytları tapın, qeydiyyat proseslərini yerinə yetirin və anketləri almağa başlayın. Aşağıdakı addımları izləyərək anketlərdən pul qazanmağa başlaya bilərsiniz. 

Anket dolduraraq necə pul qazanmaq olar?

Birinci addım: Online anketləri almağa haqq qazanın.

1- Hazırlıqlı olun. Araşdırmaçılar müəyyən tipdəki insanları seçərlər və hər  anket üçün uyğun olmaya bilərsiniz. (25 yaşında sağlam bir insansınızsa və firmada 60 yaşında evdə

daima oturan birilərini axtarırsa sizə anket göndərməz)

2- Anketləri doldurun. Anket firmalarının çoxu qeydiyyat mərhələsində tərk edici anketlər hazırlayarlar. 

*Doğurdan da ilk addım olduqca önəmlidir. Anket firmalarının hazırladığı eleyici (çıxarıcı) anketləri doldurarkən biraz daha artıq vaxt ayırın, çünki bu anketlər sayəsində araşdırma firmaları demoqrafik xüsusiyyətlərinizlə əlaqədar daha çox məlumat sahibi olurlar və sizə daha artıq anket göndərirlər. 

*Unutmayın ki, sizə sadəcə demoqrafik xüsusiyyətlərinizlə uyğun olan anketlər göndərilir. Və bu səbəbə görə də daha sürətli olmaq üçün məlumatlarınızda boşluqlar buraxsanız anket almaq şansınız daha az olar.

3- Tez-tez yoxlayın. Həm internet saytını, həm də e-mailinizi müəyyən ardıcıllıqda yoxlayın. Bəzi firmalar digərlərinə görə daha çox anket göndərir və siz də bu fürsətləri  qaçırmaq istəməzsiniz.

*Fərdi anket saytları sizə bir ay ərzində sadəcə iki anket göndərə bilər. Nə qədər çox firmada qeydiyyatda olsanız o qədər də çox anket alarsınız.

*E-mailinizi anketlər üçün yenidən hazırlayın. Gələn bütün anket e-mailləri  bayraqlı olsun, e-mailinizə gələndə xəbərdarlıq versin və listinizin ən yuxarısında yer alsın. Diqqətinizi çəkməsinə kömək edəcək hər şeri edin.

4-Ən yaxşı anketləri seçin və tamamlayın. Anketlər almağa başladıqca daha seçici olacaqsınız və vaxtınızı ayırmağınız lazım olan ən yaxşı anketləri seçə bilən vəziyyətə  gələcəksiniz.Digər tərəfdən zaman probleminiz yoxdursa hamısını doldura bilərsiniz. İstəmədiyiniz heç bir anketi doldurmaq məcburiyətində deyilsiz. 

İkinci addım: Qanuni anket saytları tapın.

1- Araşdırma apararkən diqqətli olun. Qanuni olan və sizə pul qazandıra biləcək bir sürü anket firması vardır. Lakin təbii ki, əxlaqi dəyərləri heçə sayanlar və eyni zamanda heç bir səy göstərmədən sizdən pul qoparmaq istəyənlər də olacaqdır. Fırıldaqçılardan uzaq durmağın yolları bunlardır:

Heç bir zaman əvvəlcədən ödəniş etməyin. Bəzi firmalar lazım olmadığı halda anket siyahılarına girə bilməyiniz üçün sizdən kiçik bir ödəniş istəyə bilər. Şərtlər və qaydaları, ən çox verilən sualları və ya firmanın internet hesabında yer alan digər sahələri yoxlayın. ( bü cür məlumatları tapmaq çətin və ya imkansızdırsa bu firmanı qara siyahıya atın və listinizin xaricinə çıxarın)

2- Ödənişinizi nəğd alacağınızdan əmin olun. Tamamladığınız anketlərə  qarşı olaraq sizə nəğd ödəmə edəcək tonlarla internet saytları vardır, lakin bəziləri də sadəcə hədiyyə kartları verər və ya sizi çəkilişə daxil edər. 

*Bəzi internet saytları sizin yararınıza olsun və ya olmasın, bütün bunların hamısını təklif edər. İnternet saytlarının ən çox verilən suallar, şərtlər və qaydalar və s. kimi hissələrini yoxlayaraq sizi tam olaraq nə şəkildə təltif edəcəklərindən əmin olun

*Bəzi firmalar məhsullar və ya mükafatlar təklif edər, və ya bir şəkildə istifadə edə biləcəyiniz xallar yığmağınızı təmin edər. Bunları çoxu nəğd pul kimi istifadəli və ya dəyərli deyildir, lakin zaman-zaman şans üzünüzə gülə bilər. 

*Ən xırda özəlliklərə qədər hər şeyi diqqətli oxuyun. Məsələn, bəzi internet saytları Xbox360 və ya yeni bir notebook qazana biləcəyinizi deyər, amma diqqətlə incələyərsinizsə "qazandınız" qisminin yanındakı ulduz işarəsini fərq edə bilərsiniz. Çox mənalı sözlərə xüsusilə diqqət edin. Məsələn,  "haradasa qazandınız"  kimi. Bu cür tələlərə düşməyin, çünki gülməli şəkildə çətinidir və  çəkdiyiniz zəhmətə dəyməz. 

3- Gizlilik siyasətini oxuyun. Adətən, əsas səhifənin ən aşağısında yerləşir. Məlumatlarınızın kiminlə paylaşılacağı önəmlidir. Hər zaman açıqlamaları oxuyun: "firmamıza verdiyiniz e-mail adresiniz başqalarına satıılmayacaqdır, verilməyəcəkdir və  ya icazəniz olmadan üçüncü tərəflərlə paylaşılmayacaqdır".

4- Yaş məhdudiyyətlərini yoxlayın. Online anketlər, pul qazanmaq istəyən gənclər üçün gözəl bir iş fürsətidir, lakin bütün saytlar buna icazə verməz. (ailələrin icazəsi olarsa çoxu razılaşa bilər)

5- Ən aşağı ödəniş miqdarını öyrənin. İnternet saytlarının çoxu müəyyən bir məqsədə çatana qədər sizə nəğd pul ödəməz. 

6- Reytinqi yüksək olan internet saytlarını araşdırn. GetPaidSurveys və ya BigSpot kimi etibarlı anket saytlarına  üzv olsanız birlikdə işlədikləri firmaları da qiymətləndirə bilərsiniz.

Üçüncü addım: Anket saytlarına qeydiyyatdan keçin.

1- Anketlər üçün yeni bir e-mail hesabı açın, beləliklə davamlı istifadə etdiyiniz e-mailinizə  istəmədiyiniz məktublar ( junk mail) gəlməz. Məlumatlarınızı başqalarına satmayacaqlarını deyərlər, lakin tanınmayan saytlar başqaları ilə məlumatlarınızı paylaşa bilər.

2- Qanuni firmalara qeydiyyatdan keçin. Adınız, e-mail adresiniz, cinsiyyətiniz və adresiniz kimi əsas məlumatlar adətən saytlar tərəfində istənilir. Bu müddəti tamamladıqdan sonra PayPal məlumatlarınızı da verməyiniz lazım ola bilər, çünki qazandığınız pul PayPala ödənilir.

3- Üzvlüyünüzü dəqiqləşdirmək üçün e-mailinizi yoxlayın. Qeydiyyat işlərindən sonra firmalar verdiyiniz e-mail adresini təsdiqləmək üçün sizə e-maillər  göndərəcəklərdir. Bu e-mailləri açın və hesabınızı aktiv hala gətirin.

4- Ünvan dəftərinizə saytların e-mail adreslərini əlavə edin. Gələn e-maillərdən biri qeydiyyatda olanlarla uyğun gəlmirsə e-mail hesabınız avtomatik olaraq bu e-maili spam olaraq işarələyəcəkdir.

Diqqət!

Çox vaxtınızı almayan bu anketlərdən sadəcə bir neçə dəqiqənizi ayıraraq gündə 10 dollara qədər pul qazana bilərsiniz və beləliklə ayda 300 dollar ətrafında əlavə gəlir  əldə etmiş olursunuz.

Nəğd pul qazanmaq istəyən gənclər də anket doldurur, ancaq firmaların onların qatılmalarına icazə verib-verməyəcəyini öncədən araşdırmaları lazımdır. 

Mozilla Firefox və ya Google Chrome istifadə edirsinizsə, fırıldaqçılıq edən saytlara girməyinizin qarşısını almaq üçün Wot əlavəsindən istifadə edin.


Xəbərdarlıqlar

Diqqətli olun, çünki online anket saytlarının çoxunda virus və casus yazılar vardır. 

Real olmayacaq qədər yaxşı olan vədlərə aldanmayın.

Telefon nömrənizi verməyin. Əks halda marketerlərin əlindən bezərsiniz..

Özünüzə məqsədinizin nə olduğunu sual verin. Anketlər əlavə gəlir əldə etməyin ən yaxşı yollarından biridir, lakin davamlı işinizi buraxmamalısınız.


Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN