İnstagramda Butik Açmaq

0
1932
İnstagramda Butik Açmaq

İnstagramda butik açmaq və satış etmək, internetdən pul qazanmaq üçün yeni bir üsuldur. 500  milyondan çox  istifadəçisi olan instagramı nəyə görə bir mağaza kimi istifadə etməyəsiniz? Məlum olduğu kimi, hazırda internettən edilən alış-verişlər çok praktikdir və bu səbəbdən sıx bir bazar yaranmışdır.  Buna  görə də, bu sektorda yenilik edən və instagram kimi sosial medyanı aktiv istifadə edən təşəbbüskarlar bu işdən pul qazanırlar.

 
İnstagramda butik açmaq üçün əvvəlcə necə bir satış strategiyası izləyəcəyinizə qərar verməlisiniz. Öz istehsalınız olan geyimləri sata bilər ya da başqalarının mallarını instagramda butik açaraq sata bilərsiniz. Eyni qaydada, malları xaricdən də gətirə bilərsiniz.
 
İnstagramda butik açmaq və satış əməliyyatları
İnstagramda butik açmaq üçün nə satacağınıza qərar verməlisiniz. Butik geyimlə bağlı bir çox kombinasiya və müştəri kütləsi tapa bilərsiniz. Daha sonra bir instagram hesabı açmalı, bir logo dizayn etməli və bu logonu profil fotoşəkili etməlisiniz. Diqqət çəkən bir ad qoyduqdan sonra, profil məlumatlarınıza mail adresinizi, telefon nömrənizi ve karqonuzun necə olduğu (ödənişli ya da ödənişsiz) hakkında qısa bir məlumat yazmalı; mallarınızı aydın göstətrən fotoşəkilləri paylaşmağa başladığınızda, profilinizin internet saytı qisminə Shopier mağaza səhifənizi qoymalısınız.
 
Bir neçə məhsul paylaşdıqdan sonra insanları izləməyə başlayın. İnsanlar sizin də o saytda olduğunuzu bilsinlər. Əgər işi böyütmək istəyirsinizsə, reklam məqsədilə, izləyicisi çox olan bir neçə məşhura hədiyyə yollayın. Məşhur insanlar əgər məhsulunuzu instagram hesablarında paylaşarlarsa, büyük bir uğur qazanmış  olarsınız.  Bir qayda olaraq, bu yoldan geyim və aksesuar butikləri istifadə edirlər.
 
Bunları yerinə yetirsəniz də sifariş ala biləcəyiniz bir mexanizm olmasa, bu işi davam etdirməyiniz çox çətin olar.. Qapıda ödəmə və ya həvalə üsullarıyla sattığınız malın pulunu ala bilərsiniz. Fəqət bu üsulların bir qismi sizin üçün, bir qismi də malınızı İnstagram mağazanızdan satın alan izləyiciləriniz  üçün etibarlı bir məkan təqdim etmir. Bu səbəbdən, Shopier kimi sifariş sistemləriylə malınızı kredit kartı və aylıq ödəniş imkanıyla sata bilər, karqonu göndərib, karqo təsdiqi verərək qısa müddət ərzində ödənişlərinizi hesabınıza keçirə bilərsiniz.
 
Shopier.com ünvanından Shopier sisteminə asanlıqla üzv olaraq İnstagramdan dərhal satışa başlaya bilərsiniz. İzləyiciniz ödəməni tamamladıqda; həm telefonunuza həm də e-mailinizə sifariş bildirişi gəlir, sizə sadəcə bildirişdəki şəxsə və ünvana məhsulunuzu göndərmək qalır. Bunun sayəsində, müştərilərinizlə uzun mesajlaşmalardan, IBAN nömrəsi vermək və bazarlıq etmə prosedurlarından azad olaraq, İnstagram butikinizdən etibarlı bir şəkildə satış edə bilərsiniz.
 
Rəqiblərinizi tanıyın
Eyni formatda butikləri olan və Shopier ilə İnstagramdan satış edən rəqiblərinizi tanıyın. Rəqiblərinizin mallarını necə təqdim etdiklərini davamlı olaraq izləyin. Onları izləyən insanları da izləyin, Yuxarıda bildirildiyi kimi izləyici kütlənizin müştəri potensialı daşımalı olduğunu unutmayın. İnsanlara qarşı mədəni olmaq işiniz üçün olduqca əhəmiyyətlidir. Yazılan şərhlərə və soruşulan suallara mədəni şəkildə cavab verin. Unutmayın ki, müştəri hər zaman haqlıdır.
 
Hashtag istifadə edin
Profiliniz hər kəsə açıq olsun və mallarınıza məxsus hashtag istifadə edin. Bununla birlikdə, hal-hazırda popluyar olan hasgtag’ləri də istifadə etməyiniz faydalı olacaqdır. Məsələn, instasize, instalike, instabutik kimi hashtag’ləri də istifadə etməyi unutmayın.
 
Təqdimat çox önəmlidir
Satışın ən əhəmiyyətli texnikalarından biri təqdimatdır. Bir geyim butiki üçün manken istifadə edin. Mallarınızı fərqli şəkildə nümayiş etdirməyiniz alıcının qərar verməyini asanlaşdıracaqdır. Çəktiyiniz fotoşəkillər keyfiyyətli olmalı və malları fərqli görünüşlərdən müştərilərə təqdim etməlisiniz. Sadəcə tək başına geyim şəkilləri işinizi görməyə bilər.
 
Karqo barəsində dəqiq olun
İstehlakçı zehniyyətində bir şeyin pulsuz olması onu nəldə etmə istəyini artırır. Bu psixoloji reallığı ağlınızın bir küncündə saxlayın. Buna görə də məhsulunuzu Shopier’e təqdim edərkən, karqo haqqını məhsulun qiymətinə əlavə edib karqonu ödənişsiz edə bilərsiniz.
 
İnsanlarla ünsiyyətdə olun
İnsanlarla ünsiyyətdə olun ki, sizə etibar etsinlər. Məsələn ─ hər nə qədər Shopier bunu sizin adınıza etsə də ─ “məhsulunuz karqoya verilmişdir”, “Bizi seçdiyiniz üçün təşəkkür edirik” kimi ifadələrdən istifadə edin və məhsulun onlara çatdığından əmin olun, təbrik mesajlarını da instagramda paylaşsanız çox yaxşı olar.
Müştərilərə məmnun qalmadığı malları geri qaytarmaq imkanının təqdim edilməsinin faydalı olduğu da bir gerçəkdir. Bunu mağaza elanınız olaraq “7 gün içərsində geri qaytarmaq imkanı” kimi bir ifadə ilə bildirərək müştərilərinizin etibarını qazana bilər, Shopier sistemində aldığınız ödənişin geri qaytarılmasını  hər hansı bir əlavə ödəniş etmədən yerinə yetirə bilərsiniz.
 
Xaricdən mal tədarük etmək
Əgər mallarınızı özünüz hazırlamırsınızsa, ətrafdakı mağazalardan ya da internet saytlarından tədarük edə biləcəyiniz kimi, ölkə xaricindən də burda olmayan malları sifarş edərək daha fərqli bir kütləyə xitab edə bilərsiniz. Bununla əlaqədar olaraq məhsulun gəlməsi baxımından problemlə üzləşə biləcəyinizi nəzərə almalısınız və mütləq şəkildə geri qaytarma imkanı olan saytlardan tədarük etməyə çalışmalısınız.. Ölkə xaricində e-bay, amazon, Aliexpress, Etsy kimi saytlardan istifadə edə bilərsiniz.
 
Bu işdə irəli getmək
Məhsullarınızı insanlara sevdirdikdən sonra həqiqi bir butik açaraq gəlirinizi artıra və peşıkarlığa doğru adımlaya bilərsiniz.  Bunun edənlər həddindən artıqdır, nəyə görə siz də etməyəsiniz? Bundan əlavə, sadəcə İnstagramda deyil Facebookda da səhifə açmağı da unutmayın. Facebook sayəsində İnstagram ile bütünləşərək bir reklam strategiyası tətbiq etməyiniz mümkündür. Reklamsız irəli getmək çok çətin olduğu üçün kiçik büdcələr ilə bir çox insana xitab etməyi təcrübə edə bilərsiniz. Bunlara əlavə olaraq Shopier’ın vaxtaşırı təqdim etdiyi kampaniyalara daxil olaraq reklam fürsətlərindən faydalana bilər və sosial mediyada mağazanızdakı məhsullarınızı daha geniş kütlələrə çatdıra bilərsiniz. 
 
 
Tərcümə etdi: Rəşadət Hidayətov
 
 

ŞƏRH YAZIN