İnternerdən sərmayəsiz necə pul qazanmaq olar?

0
3007
İnternerdən sərmayəsiz necə pul qazanmaq olar?

 Bəzən kariyera həyatımızda işsiz qaldığımız zamanlar olur. Əlbəttə bu zaman müddətində film izləyə bilər, dəniz kənarında uzun gəzintilərə çıxa bilər və yauşaqlar evə gələnə qədər

komputer oyunları oynaya bilərik. Amma qısa zaman kəsiyindən sonra bütün bunlar sıxıcı gəlməyə başlayacaq. İşlər kritik olsa da hər zaman bir ümid vardır. Can sıxıntısını
aradan qaldırmaq üçün yaradıcı həll yolları tapa bilər və biraz gəlir əldə edə bilərsiniz. Bunu həyata keçirməkdə internetdən istifadə etməkdən daha yaxşı nə ola bilər? Hər hansı
bir sərmayə olmadan da internetdən pul qazana biləcəyiniz yollar vardır. Edilməsi lazım olan tək iş çıxar qazana biləcəyiniz potensial imkanları tapmaq və necə başlayacağınıza
qərar verməkdir. 

İnternet fürsətləri.

1.Güclü tərəflərinizin üzərində durun. Gəlir qaynağınızla əlaqəli işlər gördüyünüzdə internetdən pul qazanmaq daha asan olacaqdır. 
Məsələn; davamlı olaraq blog yazarlığı ilə məşğulsunuzsa, gəlir yaratmaq üçün AdSense istifadə edə bilərsiniz. AdSense istəyinizi analiz edər və izləyicilərinizlə bağlı reklamları 
səhifənizə istiqamətləndirir. Nə qədər çox izləyiciniz olarsa, AdSense də sizin üçün bir o qədər çox çalışır. 

2.Bir xidmət təklif edin. Bir çox firma mümkün olduğu qədər online çalışacaq olan insanlara ehtiyac duyar. Çox vaxt bu firmalar iş başına artıq ödəmə etməzlər. Amma sürətli və
səhvsiz çalışsanız müəyyən miqdarda gəlir əldə edə bilərsiniz. Belə bir iş üçün, aşağıda göstərdiyimiz iş fürsətlərinə göz ata bilərsiniz. 

Online anketlər; İstifadəçi məlumatları və şikayətləri,firmaların qarşılığında çox pul ödəməli olsa da sahib olmaq istəyəcəyi inanılmaz dəyərli bir məlumatdır və bu bilgilərin
böyük bir qismi online anketlər vasitəsilə toplanılır. Nə qədər çox anket doldurarsızsa, o qədər çox qazanarsınız. 
Yazar olun; İnternet oxuyucularla dolu olan bir yerdir. İndi siz də bunlardan birisiniz. Oxuyucuların ən çox ehtiyac duyduqları şey isə, yazıçılardır. İnternetdə sadəcə yazı yazaraq
100 sözə  1 manat qazana bilərsiniz. Nə qədər çox və nə qədər yaxşı yazı yazsanız, yazı şəklinizə görə söz başına olan əməkhaqqınız artacaqdır.

3.Bacarıqlarınızı satışa çıxarən. Səs və film bacarığınız ola bilər. Heyran buraxıcı bir dizayner ola bilərsiniz. Bəlkə də ən güclü tərəfiniz proqram yazmaq və ya anderoid telefonlar
üçün insanların bəyənəcəkləri proqramlar hazırlamaqdır. Bacarıqlarınızı bilin və onları pul qazanma silahı olaraq istifadə edin. Məsələn, səsləndirmə istedadınız varsa uşaqlar
üçün nağıl səsləndirməsi edə bilərsiniz. 

4. Satış ortağı olun. Hər hansı bir şəkildə izləyicisi olan bir internet ağınız və ya izləyicisi bol sosial mediya hesabınız varsa, işinizi yaxşı gördüyünüz təqdirdə, satış ortaqlığına 
girərək gözəl bir gəlir əldə edə bilərsiniz. 

5.Yaradıcı olun. Hər şeydən öncə, internetdə pul qazanmaq yollarını araşdırarkən yaradıcıllığınızdan istifadə edin. Təhsilinizi və iş təcrübəniz nə olursa olsun, insanların tələb 
edəcəyi öhdəlikləriniz var. Google`ni açın, axtarma qutusuna bir neçə kəlimə yazın və yerinizi tapın.

Uzun müddətli internet kariyeranızı planlamaq. 

1.İrəliyə baxın. İnternetdən gəlir əldə etmənin yollarını tapmaq asan görünə bilər amma biraz fədaraklıq istəyir. Biraz planlı olsanız zamanı idarə edərək pul qazanmanızı 
asanlaşdıra bilərsiniz. 

2.Təqvin proqramınızı açın. İnternetdən pul qazanacaqsızsa, zamanınızı idarə etmək ehtiyacı hiss edəcəksiniz. 
Hal-hazırda yaşadığımız ayı seçin. Bütün o boş səhifələri görürsünüz? Budur onları dolduracayıq. 

3.Həftəlik planı açın. İndi, bir sonrakı həftəyə gedin və bazar ertəsi günündən başlamaq üzərə, işləməklə keçirəcəyiniz zaman dilimini işarələyib təqvimə yazın. 
*səhər bir dostunuzla qəhvə içəcəksiniz, günorta marketə gedəcəksiniz və ya saat 16:00-da uşaqları məktəbdən götürəcəksiniz.  Yolda geçən zamanlarınızı və istirahət vaxtlarınızı
da hesaba qataraq gündəlik planınızı hazırlayın, yazın.
*bu addımı həftənin hər günü üçün yerinə yetirin, ta ki təqviminiz dolana qədər. 
*günorta yeməyi üçün özünüzə ən azından 1 saatlıq istirahət ayırmağı unutmayın. Gözlərinizin və beyininizin istirahətə ehtiyacı olacaqdır. 
*bu sadəcə iş üçün ayıra biləcəyiniz zamanı planlamanıza köməkçi olmaqla qalmaz, eyni zamanda internet kariyeranızı irəlilətməniz üçün əlavə zaman yaradıb yaratmayacağınızı 
da görmənizə şərait yaradacaqdır. 

4.Unutmayın keyfiyyət kəmiyyətdən üstündür. Kariyeranızda irəliləmək üçün çox çalışmanız lazımdır, amma yaxşı bir zaman idarəsi, bütün günü diqqətinizi verib də, sonunda
heç bir işi tamamlamamış olmaqdan çox daha artıq uğur gətirər. 

5.Son dərəcə enerjili biri olun. Yaradılışdan belə biri ola ya da olmaya bilərsiniz, amma internet üzərindən çalışma mövzusunda ixtisaslaşmaq üçün bu çox önəmli bir
qaydadır. İnternet ortamında kimse sizin necə biri olduğunuzu bilməz. Amma siz bilirsiniz. Motivasiya olmağınıza kömək edəcək bir neçə ip ucunu sizinlə paylaşmaq istəyirik.

*Günə başlar başlamaz; nə iş gördüyünüzü, niyə gördüyünüzü və necə bir uğur əldə etdiyinizi özünüzə xatırladın. Bunu həm bu gününüz üçün, həm də kariyeranız üçün 
düşündüyünüz bütün hədəflər üçün edin. Sonrakı addımları atmasanız da bunu mütləq edin. 
*Səhərləri sanki böyük bir şirkətdəki ofisinizə gedirmiş kimi, eyni saatda qalxın və hazırlaşın. Səhər zenginizi qurun, idmanınızı edin, duş alın, naharınızı edin. İşə getdiyiniz
zamanlarda nə edirdinizsə , eyni qaydaya davam edin. Bu şəkildə ev halından, profesional zehin halına keçərsiniz. 
*Davamlı səkkiz saat boyunca masa arxasında oturmayın. Bir neçə saatdan bir və ya önəmli bir işi bitirdiyinizdə qalxın və yeriyin. Son araşdırmalar, bütün günü oturmağın çox 
sağlıqsız olduğunu söyləyir. 
*Özəl həyatınızı təxirə salmayın. Kariyeranıza diqqətinizi cəmləşdirdiyinizdə bütün enerjinizi bunun üçün xərcləmək istədiyiniz üçün, özəl həyat asanlıqla ikinci plana atıla 
bilir. Ailə və dostlar önəmlidir. Siz pensiyaya çıxdıqdan sonra da onlar həyatınızda var olmağa davam edəcəklər. 
6.Real olun. Hər hansı bir işə başlamaq çətindir və bir gecədə sizi varlı etməz. Hər hansısa bir online fürsətini araşdırarkən, bu mövzuda diqqətli ə dtədbirli olun. Gerçək 
olmayacaq qədər yaxşı olan pul qazanma yollarından uzaq durun.

Kariyera fürsətlərini tapmaq.

1.Nə etmək istədiyinizi düşünün. Həvəslərinizin arxasından getmək hər zaman ən yaxşısıdır, məsələn; bir moda həvəskarısızsa, moda haqqında bir bloq yazmağa başlaya 
bilərsiniz və beləliklə bloqunuzda reklam sataraq gəlir əldə edərkən, bir yandan da böyüməyə davam edərsiniz. 
Gerçək bir iş həyatında olduğu kimi, internet ortamında da yeni işə başlamaq və yüksək gəlirli profesional kariyera yerləri vardır. Ən aşağı addımdan işə başlama ehtiyacı
duyula bilər və getdikcə mövqenizi yüksəldə bilərsiniz və ya ən yuxarıdan da başlaya bilərsiniz. Amma sahənizdə çox peşəkarlığa və tanınmışlığa sahib deyilsizsə, ən yuxarıdan
başlamağı gözləməyin.
2.Böyük düşünün. İndi ehtiyacınız olan peşəkarlığa və tanınmışlığa sahib olmaya bilərsiniz. Amma irəliyə baxsanız və böyük düşünsəniz, indi başlamamaq və gələcəyinizi
inşa etməmək üçün bir səbəb yoxdur deməkdir. Hal-hazırda olduqca çox çəkim gücü olan və  gələcəkdə də kariyera qurmağa dəyər olmağı sürdürəcək bir neçə online kariyera
fürsətini sizinlə paylaşırıq. 

Yazıçılıq mühəndisləri: Bu orjinal evdən çalışma peşələrindən biridir və yazılım mühəndislərinin yanında; komputer mühəndislərini, sistem idarəedicilərini, texniki dəstəyi,
komputer proqramçılarını,UX dizaynerlərini və s. əhatə edir. 

Yradıcı sənətlər: Bu  geniş kateqoriya yazıçıları, bloq yazarlarını, qrafik dizaynerlərini, sosial mediya mütəxəssislərini və ən məşhurları olan üeb dizaynerləri əhatə edər. 

3.Bunun bir sınaq və ya səhv müddəti olduğunu anlayın. Nə cür bir online kariyeraya başlamış olursanız olsun, uğurlar və uğursuzluqlar olacaqdır. Bunu qəbul edin, amma 
vecinize almırmış kimi də davranmayın. 
Səhvlərinizdən dərs çıxardın və bunu metodlarınızı dəyişdirmək, istehsalçılığınızı artırmaq, keyfiyyəti yüksəltmək və ya diqqət yetirilməsi vacib olan əksikləri aradan
qaldırmaq üçün istifadə edin.

Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN