Kiçik biznesiniz üçün doğru sığorta seçin

0
1709
Kiçik biznesiniz üçün doğru sığorta seçin

İdarə etdiyiniz biznesin növündən asılı olmayaraq, siz bir sıra risklərlə qarşılaşa bilərsiniz. Kiçik bizneslər təhlükəyə daha açıq olur. Kiçik biznes sığortası sizin şirkətinizi müxtəlif hüquqi və maliyyə risklərindən qoruya bilər.


Biznesə lazım olan xüsusi sığortanın 2 növü vardır: məsuliyyət sığortası və mülkiyyət sığortası.

Məsuliyyət sığortası

Bəzən ehtiyatsızlıq ucbatından işdə bir sıra qəzalar baş verir - işçinin yıxılmasından tutmuş pəncərədən daş atılmasına qədər. Siz qəzanın baş verməsinin qarşısını ala bilməzsiniz.

İstənilən qəza zamanı məsuliyyət sığortası sizin biznesinizə qarşı olan bütün mülki  iddialarda sizə təminat qazandıra bilər. Bu iddialar, adətən, qəza, zədə və laqeydliklə bağlı olur.

Ümumi məsuliyyət sığortası bədən xəsarəti, əmlakın zədələnməsi, yaşayış məskənləri və mülki-hüquqi müqavilələr üzrə məsuliyyəti əhatə edir. Məsələn, əgər müştəri sizin şirkətinizdə yıxılsa və sizi səhlənkarlığa görə məhkəməyə versə, sizin məsuliyyət sığortanız məhkəmə xərclərini və potensial tələbləri qarşılayar.

Məhsula görə məsuliyyət sığortası sizin şirkətinizin istehsal etdiyi və ya payladığı məhsulları və həmin məhsulların səbəb ola biləcəyi zərərləri sığorta edir. Sizə lazım olan məhsul məsuliyyət sığortası məbləği sizin istehsal etdiyiniz məhsulların növündən asılıdır.

Mülkiyyət sığortası

Sizin işçilərinizin və həmkarlarınızın sığortaya ehtiyacı olduğu kimi mal-dövlətinizin də sığortaya ehtiyacı vardır. Siz mülkiyyət sığortası ilə daim qoruma altında olduğunuzu bilərək rahat nəfəs ala bilərsiniz.

Kommersiya əmlak sığortası bina və əmlak daxil olmaqla, şirkətin mal-dövlətini sığortalayır. Gəlir itkisi, işin dayandırılması, yanğın, su basması kimi gözlənilməz hadisələr nəticəsində dəyən zərərlərin xərclərini təminat altına alır.

Kiçik biznes sığortası sizi və şirkətinizi yaralanma və maddi zərərlər kimi müxtəlif risklərdən qoruyur.

Sığorta bir sıra sığorta şirkətləri tərəfindən təmin oluna bilər. Siz risklərə qarşı ən yaxşı müdafiəni aldığınıza əmin olmaq üçün müxtəlif şirkətlər tərəfindən təqdim olunan şərtləri müqayisə edin.
 

ŞƏRH YAZIN