Sıfırdan biznes: başlamağa hazırsınız?

0
2038
Sıfırdan biznes: başlamağa hazırsınız?

Yeni biznesə başlamaq istəyirsiniz? Cari işinizi atıb sahibkarlar sırasına qatılmazdan əvvəl bütün səbəblərə baxmağınız məsləhətdir.


Şef

Bütün şeflər eynidir. Onların işi gücü işçilərindən maksimum istifadə etməklə maksimum gəlir əldə etməkdir. Əgər rəhbərliklə yola getmirsiniz isə yeni bir iş axtarın və yalnız sonra yeni biznesə başlamaq istəyib istəmədiyinizi yaxşıca düşünün.


Ətraf

Dostlar, həmyaşıdlarınız uğurlu biznesləri ilə lovğalanırlar? Onların izləri ilə getməyə tələsməyin, bəxt onların üzünə güldüyü kimi sizin üzünüzə gülməyə də bilər.


Şan-şöhrət

Fikirləşirsiz ki, biznesmenin həyatı qlamur yığıncaqlar, lüks otellərdə qızlardan ibarətdir? Linkedin-in banisi Reyd Hoffman deyir ki, sıfırdan biznes uçurumdan düşmüş təyyarənin sıfırdan yığılmasına bərabərdir.


İdeya

Startap üçün ideya dərhal banka gedib kredit götürməyə səbəb deyildir. Beləki, yalnız ideyaların 3% şirkətə çevrilir, onların uğurlu olanları daha da azdır.

Biznes üçün pulu hardan götürəcəksiniz, necə və neçə müddətə qaytaracaqsızınız? Bəs işi batırsanız neynəyəcəksiniz?


Gələcək sahibkarı nələr gözləyir?


Qazanc

Milyonçu olmazdan əvvəl bir neçə ili ancaq biznesin saxlanmasına vəsait axtarışına sərf edəcəksiniz. Siz bir neçə il stabil gəlirsiz yaşamağa hazırsınızmı?


Fiasko

Nə etsənizsə də bir çox sahibkarlar uğursuzluqla üzləşirlər. Səbəb onların bazarın ritmini tutmamaq, düzgün dəyişiklikləri vaxtında edə bilməməkdən irəli gəlir. Əksər hallarda bu cür bacarıqlar təcrübə ilə insanda yaranır. Siz bunun üçün əsəb və pulunuzda keçməyə hazırsınızmı?


Maliyyələşdirmə

Adətən investorlar yoxlanılmış işlərə, prespektiv ideyalara sərmayə qoyurlar. Öz ideyanıza güvənirsiniz?


Uğurlu sahibkarın 3 xüsusiyyəti


Hər bir sıfırdan biznes tonlarla problemləri olandır. Siz bu problemləri 100% həll etməyə hazır olmalısınız, əks halda işiniz yatacaq.


Hər şeyi həll etmək mümkün deyil? Bu zaman sizin ekstradan maliyyə dəstəyiniz olmalıdır. Lakin hər bir şeyi pulla həll etmək olmur. Özünüzə inanın və başladığınızı sonadək aparın və bu zaman uğur sizinlə olacaqdır.


Biznes problemləri gecə yuxunuzu qaçırdıb? Bu biznesi sıfırdan başlamaq üçün işarədir.

 

ŞƏRH YAZIN