Yayda Görülə Biləcək İşlər

0
1991
Yayda Görülə Biləcək İşlər

Merkuri yüksəlməyə davam edir, məktəblər 2-3 aylığına bağlıdır və məşhur tətil məkanları dünyanın dörd bir yanından insanları çağırır. Bəli, yay sezonu tamamilə açıldı. Hamımızın ağlına gələn ilk şey dincəlmə və özünüə gəlməkdir. Amma bununla bərabər yay ayları təşəbbüskarlar üçün mövsümlük trendlərə uyğun pul qazanmaq yolları tapmaq zamanıdır. 


Uşaqların və gənclərin məktəb öhdəlikləri bitdiyinə görə kiçik və vaxt kısıtlı bir iş başlaya bilər. Eyni zamanda uşaqlarınızı da bu işə qata bilərsiniz. Bu sizə onlarla vaxt keçirmək imkanı verər və yada sala biləcəkləri bir yay keçirmələrini təmin edər. Üstəlik onlara necə pul qazanılacağını və çox çalışmağın dəyərini də öyrədə bilərsiniz. 

Yay mövsümü çox uzun davam etmədiyindən bu sezonda açacağınız hər növ kiçik işlətmə böyük sərmayəyə ehtiyac duymur. Açacağınız müəssisə ilin bu vaxtında müştərilərin ehtiyaclarını qarşılayacaq xidmətlər təqdim etməlidir. 

Sizə, uşaqlarınız və ya dostlarınızla birlikdə girə biləcəyiniz, aşağı amma uyğun yatırımlarla həyata keçirə biləcəyiniz fərqli iş fikirlərindən bəhs edəcəyik.

Yeyinti, içkilər və serinlədici vasitələr satın. 
Çöl yüksək dərəcədə isti və biz tərləməkdən  və istidən qurtulmaq istəyərik. Dostlarınızla və ailənizlə birlikdə buzlu içkilər və evdə hazırlanmış qarışıqlar hazırlayın. Dondurma,sodalı içkilər, dondurulmuş yoğurtlar və tortlar, meyvəli şirinlər kimi müştərilərin tempuraturunu alacaq məhsullar hazırlayın. Bunları hazırladığınız halda cibiniz pulla dolacaqdır. 

 

Səyahət rəhbəri və ya tur təşkilatçısı olun.

 

Saysız insan səyahət istəkləri səbəbiylə çox vaxt birilərin köməyinə ehtiyac duyarlar. Əgər bir ölkənin rəğbət görən məşhur turistik yerlərindən birindən gəlirsinizsə və ya bu yerlərdə bir neçə də olmusunuzsa, coğrafi şərait  biliyinizi və tanımaq imkanınızdan istifadə etmək zamanı. Bir qrup turisti toplayın, təmiz bir avtomobil tapın, tarixi və  görməli olan qonaqlama yerləri tapın, yerli müəssisələrlə ortaq olun, bənzərsiz bir səyahət proqramı hazırlayın. Və onlara bənzərsiz tətil yaşadın. Səyahətçilər evlərinə bənzərsiz hekayələr və paylaşa biləcəkləri göz qamaşdırıcı şəkillərlə qayıdacaqdır. 

Artıq otaqlarınızı kirayə verin.
Səyahətə çıxan hər kəsin cebində rahatlıqla xərcləyə biləcəkləri qədər çox pul olmaya bilər. Kürək çantalı gəzginlər və gəlib gedici gəzginlər çox vaxt dar büdcələrlə yola çıxarlar. Qonaqvərvər evinizdə boş olan bir otağınızı bu turistlərə kirayə vermək gözəl fikirdir. Hər keçən gün daha çox insan standart olan otel+tur rəhbəri+geniş tur avtobusu+tarixi yerlər+bahalı turist qonaqlamasındansa yerli evlərdə qalmağı seçirlər. Etməli olduğunuz boş olan otağınızı yaxşıca təmizləmək, səliqəyə salmaq və yataq və ya divan kimi əşyalar almaqdır. (Əgər otaqda əşya yoxdursa)

Burdakı ən böyük sual insanları evinizə necə çəkəcəyinizdir. Səyahət cəmiyyətləri, agentliyi bu mövzuda sizə köməkçi olarlar. Qonaqlar şəhərə gəlmədən öncə sizə  məlumat verər, qiymətlər, yerlər və ödəmələr mövzusunda sizə köməklik göstərərlər və  sosial ətrafınızı genişləndirərlər. 

Xüsusi dərs xidmətləri, sənət və yemək bişirmə dərsləri.
Uşaqlar çkox vaxt bütün yayı özlərini evə həbs edərək video oyunları və alətləriylə oynayaraq keçirərlər. Məktəblər bir neçə aylğına bağlı olduğu üçün təhsil saxlanılmamalıdır və bu təhsil sıxıcı olmamalıdır. Riyaziyyat və ffən dərslərində ustasınızsa qiymətləri aşağı olan uşaqlara və gənclərə bu mövzularla bağlı özəl dərs verə bilərsiniz. Sənət təhsiliniz varmı? Pianino, rəsm və rəqs dərsləri uşaqların yaradıcılıqlarını ortaya çıxara bilmələri üçün möhtəşəm bir fürsət olacaqdır. Mətbəx bacarıqlarınız varsa, mətbəxiniz  keçici işlərlə bir sinif halına gələ bilər. Mədələrinin bayram edəcəyini düşünən balacaları bu yemək kursları ilə cəlb edə bilərsiniz. 

Online olaraq dəniz geyimləri, çantalar və y əldə hazırlanmış aksessuarlar satın.
Evinizdə bir sürü istifadə edilməmiş dəniz paltarlarınız, barmaq arası tərlikləriniz, kiçik çamadanlarınız və ya təkərli çamodanlarınız var mı? Boyunbağı və ya qolbağı hazırlanmasında  istifadə olunan muncuqlarınız, telləriniz və ya digər vəsaitləriniz varmı? Əllərini çalışdırın, bu əşyalardan qurtulmaq üçün online dükan açın və bunları satıb pul qazanın. Facebook kimi internet saytları sayəsində bir dəqiqədə online dükanınızı aça bilərsiniz. Əgər bu saytlar vasitəsiylə satış etmək istəmirsinizsə, öz sahə adınızı (domain name) alaraq e-ticarət xüsusiyyətlərindən istifadə edərək öz internet saytınızı aça bilərsiniz. 

Freelance yazıçılıq, fotoqrafçılıq, videoqrafiya, qrafik dizayner və ya kodlama xidmətləri ilə məşğul olun. Kəlimələrlə aranız yaxşıdır, qarışıq hekayələr danışa bilirsiniz, yaradıcısınız və ya kodlama haqqında məlumat sahibisiniz? Yayda freelance işlər görmək həm bacarıqlarınızı inkişaf etdirəcəkdir, həm də pul qazanmağınıza imkan verəcəkdir. 

Yazma, dizayn və kodlama bacarıqlarınızı başqa işlərdə də istifadə edə bilərsiniz. Məsələn, online məhsul satışı etmək istəyirsinizsə internet saytınızın arxa planda qalan işlərini həll edə bilər, seçdiyiniz şablonları düzəldə bilər və hamısı üçün yaradıcı yazılıar yaza bilərsiniz. İkinci əl məhsul satışları, otaq kirayələmə və səyahət paketi xidmətləri üçün ağılda qalan açıqlamalar və gediləcək yerlərin və ya satılacaq məhsulların gözəl şəkillərinin olması lazımdır.

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN