Yeni Əsrin Silahı - İnformasiya

0
4253
Yeni Əsrin Silahı - İnformasiya

Şirkətlərə gərəkli informasiya

Marketinq mübarizədir. Bu mübarizənin qalibləri informasiyası çox olanlardır. Marketinq mütəxəssisi də informasiyanı düzgün yönəltməli və ondan yararlana bilməlidir. Bunun üçün müxtəlif metodlar var. Həm köhnə informasiyanın işlənməsi həm də, yenilərinin əldə olunması haqqında. Kompaniyalar informasiya toplayarkən iki böyük səhv edirlər. Ya çox informasiya toplayırlar ( gərəksiz informasiyalar olur), ya da az informasiya toplayırlar(bu da, rəqabət mübarizəsində uduzmağa gətirib çıxarır). Bu problemdən yan keçmək üçün satışa, qiymətə və gəlirə aid olan informasiyalar daha çox toplanılmalıdır. Menecerlərin ehtiyacı olduqları informasiyanı müəyyən etmək üçün onlar bəzi suallara cavab verməlidirlər. Bu suallar təqribi olaraq belə səslənəcək:
1.Hansı növ informasiyanı adətən alırsız?
2.Hansı növ araşdırmanı adətən aparırsınız?
3.Hal hazırda aldığınız informasiyadan fərqli hansı informasiyanı almaq istərdiz?
4.Hansı dövr üçün hansı informasiyanı almaq istərdiniz?
5.sahədə məlumatlı olmaq istərdiniz?
6.Hansı informasiyaya malik olmaq sizə mane ola bilər?


Bu suallara cavab verməklə istənilən marketinq meneceri ehtiyacı olduğu informasiyanı müəyyən edə və ondan yararlana bilər.  İnformasiya dövründə marketinqdə də ən vacib element informasiyadır. Lakin gərəkli informasiya.Gərəksiz informasiyadan isə uzaq durmaq lazımdır. Necə ki əgər bu yazılanlar kiməsə gərəksiz olsa bu səhifəni bağlayar və oxumaz. Kiməsə gərəkli olsa bu yazının davamını gözləyər. Adətən firmalara gərəkli informasiya üç tip olur. Makro mühit, mikro mühit və kompaniyanın mühitinə aid.Makro mühit kompaniyanın marketinq fəaliyyətindən asılı olmayan sahədir. Yəni marketinq mühitinin bu hissəsi tənzimlənmir. Kompaniya daha çox öz marketinq siyasətini makro mühitin elementlərinə uyğun olaraq qurur. Bu səbəbdən də bu barədə informasiya çox vacibdir. Mikro mühit isə makro mühitdən fərqlidir. Çünki tənzimlənə bilir. Kompaniya onu idarə edə, yönləndirə bilər. Bu elə sahələrin cəmidir ki, marketinq siyasətini həyata keçirərkən  kompaniyanın imkanlarına təsir edə  və eyni zamanda idarə edilə bilir. Kompaniyanın mühitinə gəldikdə isə bu kompaniyanın daxili ilə bağlı külli miqdarda (sifarişlər, satış, ehtiyatın səviyyəsi və s. haqda) informasiyanın cəmidir. Bütün bu qeyd etdiklərimizi isə aşağıdakı şəkildə daha aydın görə bilərik.
 
Korrektə edən:Ayna Salmanlı

ŞƏRH YAZIN