1 Milyon Dollar Məbləğində Kiçik Kredit

0
1222
1 Milyon Dollar Məbləğində Kiçik Kredit

Amerikalı məşhur milyarder, Donald Tramp biznesə necə başlamasının detallarını açıqlayıb. O bildirib ki, karyerasının əvvəlində atası ona 1 milyon dollar məbləğində “kiçik kredit”lə kömək edib.

Bu barədə milyarder NBC telekanalında çıxışı zamanı deyib.

Bununla yanaşı, o, sonradan həmin məbləği atasına faizləri ilə birlikdə qaytardığını da bildirib. Qeyd edək ki, dünyanın ən fərasətli iş adamlarından sayılan və ekstravaqant həyat tərzi ilə məşhul olan Donald Tramp çoxsaylı biznes layihələrinin müəllifi və sahibidir.

Daşınmaz əmlak sektoruna yatırdığı sərmayələr və sahibi olduğu əmlakların sayına görə, o qeyri-rəsmi olaraq dünyanın «Əmlak kralı» da sayılır.

 

ŞƏRH YAZIN