101-Ci Dəfə Cəhd Etdi Və ...

0
4141
101-Ci Dəfə Cəhd Etdi Və ...

Hər hansı bir işdə uğur qazanmaq istəyirsinizsə,ona başlamazdan əvvəl həyatda uğur qazanmış insanların maraqlı həyat hekəyələrini oxumaqla motivasiyanızı yüksəldə bilərsiniz.

Müəyyən bir işdə uğur qazanmaq istəyən insanlar adətən ilk növbədə nəticə barəsində düşünür , lakin uğura gedən yolda qarşılarına çıxacaq olan çətinliklər barəsində  düşünmək istəmirlər.Elə məhz buna görə də qarşılarına çıxan ilk maneədə öz arzularından imtina edirlər.Bəli, bəzən uğura gedən yol təsəvvür etmədiyimiz qədər çətin ola bilər.Lakin həyatda uğur qazanmış insanların həyat hekayələrinə nəzər saldıqda görürük ki, ən böyük uğurlara imza atmış şəxslər öz məqsədlərinə çatmaq yolunda  saysız-hesabsız maneələrlə rastlaşmışlar.

Tomas Edison da onlardan biri olub. Onun həyat hekayəsi yəqin ki, nə vaxtsa uğursuzluğa düçar olanlar içərisində ən maraqlısıdır.Elektrik lampasını kəşf edənə qədər,bəlkə də,100 dəfə cəhd göstərib,yalnız 101-ci cəhddə uğur qazana bilib.Ondan soruşanda ki, hər dəfə uğursuz cəhddən sonra necə davam edə bilirdiniz?O,bu suala cavab olaraq bildirib ki,“Hər dəfə etdiyim cəhd  işə yaramayanda mən elektrik lampasının kəşfi üçün yeni bir işə yaramayan yol tapırdım”.Bəli, Edisonun uğurunun sirri ondadır ki,hər uğursuz nəticədən daha da ilhamlanıb və bu gün dünyaca məşhur insan olmağı bacarıb.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN