3-Cü Nəsil Əfsanəsini Qoç Kimi Dağıtdı

0
1859
3-Cü Nəsil Əfsanəsini Qoç Kimi Dağıtdı

Dünyadakı böyük şirkətlərin yalnız 15% -i üçüncü nəsil tərəfindən idarə olunmaqdadır. Bu nisbət Türkiyədə quruculuğun zəifliyi səbəbi ilə daha da aşağıdır. Bir söz vardır: 1-ci nəsil qurar, 2-ci nəsil davam etdirər, 3. nəsil dağıdar. Qoç Qrupunun 3-cü nəsil rəhbəri Mustafa Qoç, bu anlayışın yalnış olduğunu sübüt etdi. Bu Mustafa Qoçun 3-cü nəsil müvəffəqiyyət əhvalatıdır.

Mustafa Qoç dövründə holdinq dövriyyəsi 5 qat artdı. Qoç Holdinq İdarə heyətində olduğu 13 illik müddətdə, Holdinqin dövriyyəsi 5 qat artdı. İş dünyasının ən tanınmış adlarından olan Mustafa Qoç, Qoç Holdinq idarə heyətinə keçdiyi  2003-ci ildən bu yana bir çox yeniliyə imza atdı. Holdinqin fəaliyyət göstərdiyi sahələrdə fəaliyyətinin artmasında böyük rol oynadı. Qoç Holdinq 2002-ci ildə 46,3 milyon lirə olan gəliri, Mustafa Qoçun vəzifəyə gəlməsindən sonra hər il daha da yüksəldi. Daha sonra 9 aylıq gəlir 2,2 milyard lirəyə çatdı. Holdinqin 2002-ci ilin sonunda 13,7 milyard lirə olan ümumi gəliri, keçən ilin doqquz ayında isə  73,4 milyard lirəyə yüksəldi. Bu dövrdə holdinqin ödənmiş sərmayəsi də 1,1 milyard lirədən, 2,5 milyard lirəyə çatdı. Beləcə keçən 13 illik müddətdə qrupun ümumi gəliri  436,5%  ödənmiş sərmayəsi isə 127,3% artdı. Bu da 13 ildə holdinqin fəaliyyəti 5 qatına, ödənmiş sərmayəsinin isə 2,3 qatına çıxdığını göstərir. Digər tərəfdən Qoç Holdinq 2002 sonunda 12,9 milyard lirə olan satış gəlirləri, 2014 sonunda  430 % artımla 68,3 milyard lirəyə yüksəldi. Keçən ilin doqquz aylıq rəqəmlərinə baxıldığında holdinqin satış gəlirlərinin 51 milyard lirə olduğu görülür. Holdinq bazar dəyəri isə hal-hazırda təxminən 28 milyard  lirə səviyyəsindədir. Mustafa Qoçun vəzifəyə gəlməsindən sonra edilən atılımlardan ən əhəmiyyətliləri arasında Türkiyənin qabaqda gələn sənaye sahələrindən olan TÜPRAŞın idarəsində iştirak etməsidir. 2005 ci ildə TÜPRAŞin 51%-nin alınması ilə bağlı olan layihəni qazanmış və 2006ci ildən layihəyə uyğun olaraq TÜPRAŞın 51%-ni idarə etməyə başlamışdır.  Digər tərəfdən, 2004-ci ildə Aygaz Qazın yaranması və 2005-də Quruluş Kredit Bankı səhmlərinin holdinq tərkibinə qatılması da Mustafa Qoçun sədrliyi dövründə atılan mühüm addımlardandır.
 
Tərcümə etdi : Bəsti Mehraliyeva

ŞƏRH YAZIN