Bir Google tarixçəsi ...

0
3313
Bir Google tarixçəsi ...

 İnternetə yolu düşən hər kəs demək olar ki, ən azı bir dəfə "google"dan istifadə edir. Hər kəsin köməyinə çatan "Google"la bağlı hər kəs məlumatlı deyil. Necə yaranıb? Kim yaradıb? Adı hardan gəlib?


Google Larry Page and Sergey Brin tərəfindən yaradılıb. Larri Peyc Sergeylə 1995-ci ildə ABŞ-ın Stanford universitetində tanış olub. Bu iki gəncin elmi araşdırmalarının əsasını gündən-günə böyüməkdə olan nəhəng internet məkanında lazımi informasiyanın ən qısa və effektiv şəkildə əldə edilməsi üçün tələb olunan axtarış sistemlərinin yazılması təşkil edirdi. 1996-cı ilin yanvarında onlar Backrub adlanan axtarış sistemini proqramlaşdırmağa başladılar. Bu sistem kiçik miqyasda test edildi və onun axtarış probleminə gətirdiyi unikal həllər mütəxəssislərin təqdirini qazandı.

Larri və Sergey 1998-ci ilin ilk yarısında internetdə inqilab yaradacaq layihələrin həyata keçirilməsi üçün öz fəaliyyətlərini gücləndirdilər. Onlar icad etdikləri yeni texnologiyanı GOOGLE adlandırdılar.

Bu iki dost saytı yaratmamışdan əvvəl 1000-ə yaxın ad düşünürlər və Larry-nin dostlarından biri (Sean Anderson) ona Googolplex adını məsləhət görür. Larry-nin bu ad çox xoşuna gəlir və o düşünür ki, bu adı biraz qısa, yəni googol formasında qeydiyyatdan keçirəcək, ancaq o sözün yazılışını bilmədiyindən saytı googol.com yox, google.com adı ilə qeydiyyatdan keçirir və yalnız bundan sonra Sean ona sözü səhv yazdığını deyir, ancaq artıq gec olur. İndi isə hərf səhvi nəticəsində yaranmış şirkət 160 milyard dollar-dır.

Googolplex 10 üstü 100 yəni, 1-dən sonra 100 dənə sıfır olan bir rəqəmdir. Larry Page and Sergey Brin axtarış maşınını yaradan zaman bu qədər səhifəni öz sistemlərinə daxil etməyi arzulayırdılar.

ŞƏRH YAZIN