Bir Həyata Nələr Sığar?

0
1786
Bir Həyata Nələr Sığar?

Bir insanın fikrində olduğu təqdirdə edə biləcəyi şeylər həqiqətən heyrətamizdir. Bunu misallarla göstərək:

Dr. M. C. Modi, Hindistanda keçirdiyi 50 illik bir müddət ərzində, 46.120 kəndə getmiş, 12.118.630 xəstəyə baxmış və 610.564 əməliyyat etmişdir. Bir dəfə, bir gün içində tam 833 dənə göz əməliyyatı həyata keçirmişdir.
 
Jorj Simenon, gündə 80 səhifə yazırdı. 500-dən çox əsər vardi. Maigret adlı kitabını 6 gündə başa çatdırıb.
 
İsaak Asimov, Devey Onluq sisteminin bütün kateqoriyalarında əsər yazan yeganə yazıçıdır. Təxminən 500 kitabı var. İlk 100 kitabını 20, ikinci 100 kitabını 9,5, üçüncü 100 kitabını isə 6 ilə yazdı. Hər səhər 6.00da qalxar, 7.30da yazı aparatının başına keçər və gecə 10.00a qədər çalışardı. Asimov, "Yazmaq mənim yeganə marağımdır. Danışmaq belə mənim üçün bir qopmadır"deyərdi. İldə 10 kitab yazmaq onun üçün bir standart halına gəlmişdi. 1977-ci ildə bir ürək krizi keçirtdi və 1983-cü ildə üçlü ürək əməliyyatı keçirməsinə baxmayaraq bu tempini davam etdirib.
 
Stever SnayderTeddi Ruzvelt, gündə orta hesabla 4 kitab oxuyardılar.
 
Ceyms Crichton, 15 yaşına gələnə qədər 22 dil öyrənmişdi.
 
Mezzofanti, 60 dili və 72 dialekti səlis olaraq danışa bilir və 114 dildə tərcümə edə bilirdi.
 
Ser Con Bovring 200 dildə oxuya bilir, 100 dildə də danışa bilirdi.
 
Doktor Yoshiro Nakamatsın 2300 patenti var idi (Edisonın isə 1093). Ona görə dahilik; yadda saxlamaq, sərbəst çağırış və sintezdən ibarət idi. Nəzəriyyə, ilham və satıla bilən texnikalarını istifadə edərdi. Əvvəl statik, bir otaqda qalır sonra dinamik və musiqi dinlənilən bir otağa keçir. Gündə 5 saat yatardı.
 
Bart Kosko, Cənubi Kaliforniya Universitetində bir riyaziyyat dosenti, mühəndis, qara kəmər ustası , dramaturq, roman yazan, simfoniya, sonata bəstəkarıdır . Öləndə Məni Oyandır adlı fantastik elmi romanı, iki əxlaqi düsturu göstərər: Əziyyətsiz təfəkkür olmaz; Eyforiya öldürür. Verdiyi dərslərdə, fikirlərini o qədər sürətli ötürür ki, tələbələri onu dinləməyi, yanğın şlanqından su içməyə bənzədirlər. Danışarkən verdiyi istinadlar çox fərqli sahələrdədir. Bir filmdən xoşu gələndə 20 dəfə seyr edir. Bir ayda piano çalmağı öyrənmiş və 14 yaşında ilk skripka konsertini bəstələmişdir.
 
Nikola Tesla, xəyalında bir aparat inşa edər, çalışdırar və bir neçə gün sonra necə işlədiyini, bir zədənin olub olmadığını nəzarət edərdi.
 
Peter G. W. Keen, Virgin Adalarında yaşayan və məsləhət xidmətlərindən ildə 1 milyon dollar qazanan bir tədqiqatçıdır. Hər ay, 400 jurnal üzərində çalışırdı.
 
Apollo 11in uçuşu üzrə məsuliyyətli olan Kranz, vəzifəyə hazırlıq gördüyü aylarda, uçuşun hər bir saniyəsini bir dirijor həssaslığında idarə etmək üçün, təxminən 9 sm qalınlıqda bir dəftəri, xüsusi notları ilə doldurmuşdu. Əməliyyatla bağlı bunları demişdir: "Hər an dəyişən şərtlərdə, hər kəsin doğru şeyləri etdiyinə nəzarət etmək məcburiyyətindəsiniz. Əsla, dəlilləri qarışdırmamalı, diqqətinizdən bir şey qaçmamalı və anlaya bilmədiyiniz bir nöqtə qalmamalıdır. Cavabdeh sizsiniz. Hər zamankından daha soyuqqanlı və daha ağıllı olmaq məcburiyyətindəsiniz. Hər şeyi saylarla etdim. Nəzarət siyahılarına aid nəzarət siyahıları hazırladım. Əgər komandanın həmişə önündə olmasaydım, işimin haqqını verdiyimi hiss etməzdim. Hər an özümü testə tabe tutar, əgər belə bir vəziyyət ortaya çıxarsa nə edərdim, deyərdim".
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN