Bu Uğurların Arxasında Ataların İmzası Var.

0
1363
Bu Uğurların Arxasında Ataların İmzası Var.

7 yaşından etibarən onlarla birlikdə stadionlara getdilər. Onların ilk məşqçiləri oldular. Uşaqları üçün həftədə yüz kilometrlərlə yollar qət edən atalar.. Nuri Şahinin atası Savaş Şahin də, Məsut Özilin atası Mustafa Özil də ən yüksək zirvəyə çıxmış bu iki gəncin arxasındakı əsl gücdür.

Məsut Özildən sonra Nuri Şahinin də Real Madridə getməsi, Türk və Alman futbolu üçün tarixi hadisələr oldu. Alman mədəniyyəti ilə böyümüş  Türk gənclərinin dünyanın ən məşhur komandalarından birində oynayacaq olması, hər iki ölkənin də gündəmində günlərlə danışıldı.Lakin bu uşaqların bu cür bacarıqlı futbolçu kimi yetişməsinin görünməyən qəhrəmanları isə heç şübhəsiz atalarının göstərdikləri fədakarlıqlardır. Buraya işçi övladları olaraq gələn və həyata bir fabrikdə işçi olaraq başlayan gənclərin uşaqları bugün Alman futbolunda üst səviyyələrə gəlməyə başladı. Gənclikdə edə bilmədikləri ya da onlara verilməyən imkanları öz oğullarına verən bu atalar, 7 yaşlarından etibarən onlarla birlikdə oyunlara getdilər. İşə getmədikləri və ya istirahət günlərində oğullarını məşqlərdə izlədilər, futbola baxmağa apardılar. Belə desək onların ilk məşqçiləri oldular. Bizim ətrafımızda minlərlə bu cür ata var, övladları üçün həftədə yüzlərlə kilometr yol qət edən atalar..

Nurinin atası Savaş Şahin,  Məsutun atası Mustafa Özil kimi..

Xüsusilə 90-cı illərin əvvəllərində almanlar tərəfindən cəmiyyətdən uzaqlaşdırılıb kənarlaşdırılan türklər, özləri yaratdıqları komandalarla həvəskar liqalarda əzilmişliklərini futbol meydançasında unutdurmağa əl atdılar. Meydançadakı hər uğur, onların öz bölgələrində və ya kəndlərindəki yerli xalqa qarşı güc göstəricisi idi. Gündəlik həyatda əzilən və ya köçkün olaraq gülüş obyektinə çevrilən gənclər, meydançadakı uğurları ilə özlərini bu cəmiyyətdə isbat etməyə çalışırdılar. Bunu da yaratdıqları komandalar və uşaq futbol məktəbləri ilə həyata keçirməyi bacardılar. Sonra isə meydana onların oğlanları çıxdı. Almaniyada futbolun inkişafını görən gənclər, uşaqlarını o meydançaların ən yaxşısı etmək üçün çalışdılar və bugün bu uğurun qazanılmasında haqlı olaraq bir paya sahibdirlər.

Bir digər önəmli ünsür də heç şübhəsiz, bu uşaqların Almaniya kimi dünyanın ən yaxşı futbol məktəblərində yetişmələridir. Almaniya Futbol Federasiyası İngiltərədən sonra uşaq futbol məktəbi ən güclü olan federasiyadır. Almaniya Futbol Federasiyası bugün 50 il öncə bu ölkəyə  babaları işçi olaraq gələn türk gənclərinin dinamikası ilə gələcəyə hazırlaşır. Bugün hələ də davam etməkdə olan U-17 Avropa Çempionatında Almaniya komandasında 7 türk futbolçu ilk 11-də oynayır. 90-cı illərin sonlarında cəmiyyətin ən aşağı təbəqəsi sayılan türk köçkünlərinin bugün futbol sayəsində yenidən adlarının yaxşı yerlərdə çəkilməsinin heç tərəddüd etmədən bu zəfərin arxasında bu uşaqların atalarının və babalarının imzaları vardır. Nuri və Mesut, hal-hazırda böyük hədəflərə çatmış kimi görünsələr də uşaq futbolundan gələn yeni türk gəncləri bəlkə də  qarşımızdakı bir neçə il ərzində onların bu uğurlarını belə kölgədə buraxacaq işlərə imza atacaqlar. U-17 komandasının kapitanı Emre Canın atası hələ də onun bütün oyunlarını izləmək üçün yanındadır. Yenə də, Frankfurtdan Gaziantepə gələn 19 yaşındakı Cenk Tosunu və atası Şenol Tosunu da unutmamaq lazımdır. İllərlə həvəskar liqalarda futbol oynayan Şenol Tosun, oğlunu da eyni şəkildə böyütdü. Cenk Tosun da qısa müddətdə böyük klublardan birində görə biləcəyimiz  istedadlardan biridir. İşlərindən və ailələrindən vaxt ayırıb oğullarının daha yaxşı futbolçu olması üçün çalışan bu fədakar ata və analara Türk futbola deyil, bütün Türk dünyası təşəkkür edir.

 

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN