Həyata Sıfırdan Aşağıda Başlayanlar

0
4074
Həyata Sıfırdan Aşağıda Başlayanlar

Abraham Linkoln, Alfred Nobel, Enzo Ferrari, Konfutsi, Stiven Hokinq və Uolt Disney ...

Bu adların bütün dünya bilir, həyatlarına hər kəs qisqanaraq baxır. Çünki onlar zirvəyə çatmış adlardır. Amma ən təpələrə qalxan yol, hər zaman hamar deyil ... Hətta çox vaxt ağrılarla dolu olur...
 
Stiven Hokinq
Xəstə bir bədəndən olan böyük dahilik 1942-ci ildə İngiltərədə doğulan Hokinq məktəbə gedən dövrlərində hərəkətli və sağlam bir şagird idi. Oksford Universitetinin Fizika bölməsini birinciliklə bitirdi.
Həyatının kabus dolu günləri, ALS xəstəliyinə tutulması ilə başladı. Onurğa iliyi və beynindəki şüur əzələsi hərəkətlərinin təşkili edən sinir hüceyrələrini dağılmışdı. Danışmaq və udma çətinliyi çəkirdi. Əlləri də tutmurdu. Gənc yaşındaykən Hokinq bədəni, beyni xaric olmaqla rəsmi olaraq çökmüşdü. Hətta həkimlər ancaq iki il ömrü qaldığını düşünürdülər. Əhvalını, ruh halı dağıtmaq üçün Hokinq davamlı klassik musiqi dinləyib elmi fantastik romanlar oxumağa başladı. Ancaq ailəsinin və müəllimi Skimanın sıx sevgisi ilə həyata təkrar bağlanaraq həkimləri yanıltdı. Amma artıq ömür boyu təkərli kürsüyə məhkum,danışmayan biri hala gəlmişdi. Ünsiyyətini ancaq kompüterin köməyi ilə təmin edə bilirdi.Sağlamlıq vəziyyətinin bu qədər qənaətbəxş olmasına baxmayaraq aşiq oldu və evləndi. Yoldaşının köməyiylə yüksək lisenziyasını, sonra doktorluq müdafiyə etdi və professor oldu. 1978-ci ildə nəzəri fizikadakı ən böyük mükafat olan Albert Eynşteyin mükafatını aldı. 1982-ci ilə gəldiyində artıq dünyanın dörd bir tərəfindən mükafatlar almağa başlamışdı. Kraliça tərəfindən verilən Britaniya İmperatorluğu Komandiri nişanı bunlardan biri idi. Qlobal istiləşməni ilk ortaya  atan Stiven Hokinq oldu.Hokinq  ağrı alaraq zirvəyə çıxanlara ən böyük nümunələrdəndir..
 
Konfutsi      
Dünyanın ən tanınmış filosoflarındandır E.ə 550-ci ildə Çində doğuldu. Əsl adı "Ustad filosof" mənasını verən Kung Fu olmasına baxmayaraq, Avropalılar ona Konfutsi deməyi seçim etdilər. Uşaqlığı və gəncliyi yoxsulluq içində keçdi,beş yaşında olarkən atasını itirmişdi.
Çox çətin şərtlər altında həyatda qalmağa çalışan amma kimsədən qarşılıqsız yardım qəbul etməyən şərəfli bir gənc idi. Bütün bunlara baxmayaraq 19 yaşında evlənib iki uşaq sahibi olan Konfutsi, özünü elmə həsr etmişdi amma hələ işləmək məcburiyyətində idi. Anbar keşkçiliyi olduğu illərdə saraylarda müəllimlik edirdi. 25 yaşına gəldiyində artıq bir çox şagird yetişdirmiş hörmətli bir elm adamı idi. Konfutsi aralarında dövlət adamlarının da olduğu 3000-dən çox şagird yetişdirmişdi. İnsanlığa məlumat, əxlaq, fəzilət və Tanrıya hörmət mövzularında verdiyi mesajlar min illər sonra hələ etibarlılığını qoruyur: "Sənə bilmənin nə olduğunu söyləyimmi? Bildiyin  zaman bildiyini, bilmədiyini də bilmədiyini söyləmək ... Məlumat budur."
 
Uolt Disney
Depodaki siçandan dünya səviyyəsində bir qəhrəman çıxardı
1901-ci ildə ABŞ-ın Çikaqo şəhərində doğuldu. O qədər kasıb idi ki qarnını doyuracaq pulu belə tapa bilmirdi. Atası çox xəstə idi. Anası oğlu Disneyə güvənirdi. O da nə iş tapsa işləyib yemək üçün pul qazanırdı. Əslində müəyyən bir peşəsi olmadığı üçün iş tapması da asan deyildi. Bir çox iş yerindən rədd cavabı aldı ancaq qəzet satmaq və təcili yardım sürücüsü kimi müvəqqəti işlər tapa bilirdi. Bu vaxt atasının vəziyyəti daha da ağırlaşmışdı. Atasının sırf lazimi pulu tapa bilmədikləri üçün həyatını itirdiyini düşünən Disney bu görə uzun müddət özünü günahlandırdı. Bu vaxt gözünə dəyən bir elandan ilhamlanaraq ödənişsiz sənət kurslarına qatıldı. Şəkil çəkməyi inkişaf etdirdi. Bəzi ajanslara kiçik çizgi filmler çəkdi amma pul qazana bilmədi.
Hollyvvooda gedib şansını sınağa çalışdı. Bir çox şəkil çəkməsinə baxmayaraq heç cür uğur qazana bilmirdi. Hələ də pulu yox idi ... Amma bu gecələrdən biri, ona həyatını dəyişdirəcək varlığı gətirəcəkdi. Gecələri işlədiyi bir anbarda kiçik bir siçanla tanış oldu. Onunla çörəyini paylaşır, onu dəqiqələrlə seyr edirdi. Siçanın rəqs edər kimi maraqlı hərəkətlər etməsi Disneyə də ilham verdi və bir gecə onu kağıza çəkdi ... Dünya uşaqlarının sevgilisi Mickey Mouse bax o gecə yarandı.  Walt Disney artıq məşhur və zəngin bir adam idi.
 
Alfred Nobel
Bombanı ixtira edərkən qardaşını zərər verdi . Nobelin də uşaqlığı kasıblıq içində keçənlərdəndir... Ailəsi çörəyi belə  satın ala bilməyəcək qədər yoxsul idi. Buna görə Alfred və üç qardaşının hər biri başqa yerlərdə böyütmək məcburiyyətində qaldı. Ataları pul qazanmaq üçün Rusiyaya getmişdi. Ailəsini ancaq beş il sonra  yanına ala bildi. Amma işləri yaxşı getməmiş, gözlədiyi həyatı orada da tapa bilməmişdi.Ondan sonra Stoqoluma döndülər. Bu vaxt Alfred də böyümüş, fizika və kimya sahələrində qabiliyyəti fərq edilməyə başlanmışdı. 28 yaşına gəldiyində, özünə kiçik də olsa bir kimya laboratoriyası açmağı bacarmış, işlərini burada davam etdirməyə başlamışdı. O illərdə kömür və digər qiymətli metalların çıxarılmasında, tunellərin açılıb, körpülərin salınmasında, nəhəng qayalar böyük maniə idi. 
Nobel buna görə xüsusilə partlayıcılar üzərində işlədi. Ancaq etdiyi təcrübələrdən biri həm laboratoriyasına həm də qardaşının həyatına son qoydu. Bütün bunlara baxmayaraq qorxmadı. Araşdırmalarına çətinliklə də olsa davam etdi və sonunda müvəffəqiyyət qazandı. 1865-ci ilə çatanda o artıq bomba icadçısı olaraq xatırlanırdı.  Ailəsi bir anda zəngin oldu, məhşurluğu və ixtirası bütün Avropaya yayıldı.
 
 
Tərcümə etdi: Bəsti Mehraliyeva

ŞƏRH YAZIN