Həyatda Hər Kəsin Öz Yolu Olmalıdır.

0
1411
Həyatda Hər Kəsin Öz Yolu Olmalıdır.

Səfalı məkanlarımızın birinə gəzintiyə getmişdim. Dağın ən hündür zirvəsinə çıxmaq qərarına gəldim. Özümün iradə gücümü yoxlamaq üçün yolların yolsuz, çəmsiz olduğunu çox gözəl bilirdim. Yola düzəldim . 1km hündürlüyə qalxmışdım ki,yolun yolsuzluğunu görüb qalxmaq çətinləşdiyindən alternativ yol axtarmağa başladım ,və üzü yuxarı uzanan bir cığır (iz) gördüm. O yol ilə insanların məqsədlərinə irəlilədiyini düşünərək ,o yola düzəldim hardasa 500 m irəliləmişdim ki, həmin cığırın insan üçün keçilməz dar,tikanli kolluqlarda uzanmasını gördüm və gələcəkdə həyatımda edə biləcəyim , bu gün bunun qarşısını ala biləcəyim bir durumu yaşadım. Mənə aydın oldu ki, bu yol insan yolu yox  qoyun ,quzu, canavar, çakkalın iz zolağıdır. Anladım ki, bəzən düz yol sandığımız izlərin bizi hədəfə çatdırmayacağı insan sanıb, amma insanlıqdan xəbəri olmayan üzdə insan daxildə heyvan xüsusiyyətləri daşıyan şəxslərin yolu ola bilər. Insanın həyatda öz yolu olsa bilin ki, uğurun ilk addımını atmış oldunuz.

Korrektor redaktor :Salmanlı Ayna

ŞƏRH YAZIN