Məşhur investordan zəngin olmaq üçün nəsihətlər!

0
2699
Məşhur investordan zəngin olmaq üçün nəsihətlər!

 Jim Rogers kimdir?


O, amerikalı iş adamı, investor və müəllifdir. Eyni zamanda, Rogers Holdinqləri və Beeland Maraqları şirkətinin sədridir. 

Onun zəngin olma yolundakı ən önəmli nəsihətlərini sizə təqdim edirik. 

Yaxşı sərmayə qoymaq istəyinizin artmasına səbəb olur. İstəyiniz artdıqca daha çox sərmayə qoymağa qərar verirsiniz. Lakin bu doğru deyil. Belə bir vəziyyətdə vaxtınızı istirahət edərək keçirməlisiniz.

Həyatınızda dəyişiklik etmək istədikdə iflas etməyəcəksiniz, eyni zamanda pul da qazanmayacaqsınız. Zəngin olmaq üçün sizə uyğun olan fəaliyyətlərə diqqət yetirməlisiniz, çünki dəyişiklik pul itkisinə səbəb ola bilər.
 
“Wall Street”dən diqqət olunmalı atalar sözü: “Bazarlar sizi cibinizdə 5 qəpik pul qoymayacaq qədər dəyişə bilər.”

1970-ci illərin əvvəllərində Rogers “gücdən düşməsi ilə əlaqədar” altı şirkət ilə əməkdaşlığını pozmuşdu. İki- üç il sonra həmin şirkətlərin hər biri iflas etməyə başladı.

“Bu dediklərim, zəngin olmanın deyil, ağıllı davranmağın vacibliyini göstərir. Bazarların nələrə qadir olduqlarını başa düşə bilmədim. Bugün bildiklərimin bir əhəmiyyəti yoxdur. 10-15 il sonra nələr olacağını bilmirik.”

Sərmayəçilər dəyişimlərə qarşı ola bilməyəcəkləri bilməlidirlər. Məsələn, 15 il əvvəlki vəziyyət günümüzə uymur. Həmişə axına qarşı hərəkət edib yeni icadlar tapmaq lazımdır. Qısacası, daim fərqli düşünmək və həyatın axışına uyğun dəyişikliklər yaratmaq lazımdır.

Rogers bazarın pis olduğu dövrdə “Helmerich & Payne” adlı şirkətə sərmayə qoymuşdu. Yanacaq və qaz təşkilatlarının müvəffəqiyyətlərinə diqqət edərək, investisya etməyə qərar vermişdi.

“Şanslı olmaq istəyirsinizsə həmişə tapşırıqlarınızı yerinə yetirməlisiniz.” Hər gün sağlam təməli olan yeni işlərə sərmayə qoya bilərsiniz.

Rogers karyerasının başlanğıcında başqalarını dinləyərək işə başlamış və onların fikirlərindən faydalanmışdı. Lakin özünü dinlədiyi dövrlərdə daha çox müvəfəqiyyət əldə etdiyini görmüşdü. "Həmişə öz həqiqətlərinizin arxasınca getməlisiniz."  

“Bir gün hamı Çin haqqında kifayət qədər biliyə malik olmalıdır.” Rogers Çin hökuməti haqqında  məlumat verilməsinin çox faydalı olduğunu düşünür. Hətta qızlarına belə Çin dilində DVD-lər alan Rogers gələcəyin Çində olduğunu düşünür.

Myanmada hələ inkişaf eləməkdə olan şirkətlər və mağazalar var. Burada investisiya qoymağın bir yolun tapsanız, gələcək 20, 30 və ya 40 ildə çox zəngin ola bilərsiniz.
 
“Hindistan investorların getməli olduğu bir ölkə deyil amma möhtəşəm bir turizm məkanıdır.” Rogers Hindistanın iqtisadiyyatından ümidli deyil. Hindistanda həm bazar düzəlməli, həm də pul vahidinin ölkə xaricində dəyişdirilməlidir. Ölkə iqtisadiyyatının vəziyyəti çox pisdir. Bu problemi həll etmək üçün düzgün konseptlərdən istifadə edir, lakin tətbiq zamanı həmişə problem yaşayır.

ABŞ bazarında indi yüksəliş dövrüdür  amma bir məğlubiyyətin arxasınca qalibiyyətin olması adi haldır. Amerikada istehsal “İntibah” dövrünü yaşadığını göstərir. “Bir zamanlar kasıb idim amma bunu sevmədim. Bir daha əsla kasıb olmaq istəmirəm.”

ŞƏRH YAZIN