Messi...

0
3496
Messi...

Lionel Messi 1987-cil ilin 24 iyun tarixində, İtaliyan əsilli bir ailənin dördüncü övladı olaraq  Risario, Argentinada dünyaya gəlmişdir. Fabrik işçisi olan atası Jorge Messi, eyni zamanda Grandoli adlı yerli bir futbol komandasının da baş məşqçiliyi ilə məşğul olurdu. Messi, beş yaşında olarkən yerli bir klubda forma geyinməyə başlayaraq futbol həyatına daxil oldu.

1995-ci ildə, Newell`s Old Boys adlı kluba transfer olan Messi, burada oynayarkən River Plate adlı Argentina birinci liqası komandasından təklif aldı. Lakin o zamanlarda böyümə hormonu çatışmamazlığı diaqnozu ilə müalicə alması lazım olduğu ortaya çıxdı. River Plate, həftədə 900 dollar tutan müalicə xərclərini ödəyəcək vəziyyətdə deyildi; Messinin idman həyatı təhlükəyə girmişdi.
 
O vaxtlarda Argentinada gənc bacarıqlıları araşdıran FC Barcelona klubunun idman direktoru Carles Rexach, Messinin qeyri-adi futbol bacarığını görmüş və Messiyə müalicə xərclərini qarşılamaq üzrə İspaniyada FC Barcelona klubunun uşaq komandasında oynamasını təklif etmişdi. 
 
Barcelona ilə birlikdə ilk forma geyindiyi oyun olan Porto-Barcelona oyununda yer alanda Messi hələ 16 yaşında idi. 16 oktyabr 2004-cü ildə, 17 yaşındaykən forma geyindiyi Espanyol-Barcelona oyunu ilə, İspaniya birinci liqasında (La Liqa)  forma geyinən ən gənc futbolçu ünvanının sahibi oldu. Bu ünvana 2005-ci il mayın 1-də Albacete`yə qol ataraq La Liqada ən gənc yaşda qol atan futbolçu ünvanını da əlavə etdi.
 
2005-2006 sezonunda Barcelona, Messinin müqaviləsini dəyişdirdi; yeni müqavilə ona 2014-cü ilə kimi bu klubda oynama şansı və daha yaxşı bir qazanc təqdim edirdi. 26 sentyabr 2005-ci ildə Messi İspaniya vətəndaşlığını qəbul etdi. 17 liqa matçında yaşıl sahələrlə qarşılaşan və bu oyunlarda ümumilikdə 6 qol ataraq tamamlayan gənc futbolçu, sağ dizində əmələ gələn yırtıq səbəbilə meydançalara vida edərək sezonu yarıda bağlamaq məcburiyyətində qaldı.
2006-2007 sezonunun başlanğıcında özünə ilk 11-də sağlam bir yer alan Messi, gənc yaşına rəğmən oynadığı 26 oyunda 14 qol ataraq komandadakı yerini qarantilədi. Lakin şanssızlıqlar gənc oyunçunun izini buraxmırdı, bu sezon da metatarsal sümüyünü qıraraq üç aya qədər meydanlardan uzaq qaldı. Zədəsinin saöalmasından sonra meydançaya ilk qayıtdığı oyun olan Barcelona-Real Madrid oyununda üç qol birdən ataraq İspaniya Liqasında ən gənc yaşda  hat-trick edən futbolçu olaraq tarixə keçdi. Bu sezondakı uğurlu performansı, şərhçi və azarkeşlər tərəfindən “Yeni Maradona” olaraq çağırılmasına yol açdı.
 
2007-2008 sezonunda bir həftədə 5 qol ataraq çatılması çətin olan bir nəticəyə imza atdı. Eyni mövsümdə ən yaxşı hücum oyunçusu olaraq FİFPro Dünyanın Ən Yaxşı Onbiri  mükafatının sahibi olan Messi, Marca adlı İspaniya qəzetinin hazırladığı anketdə, xalqın yüzdə 77-sinin səslərini qazanaraq seçildi. Təəssüf ki, zədələr  gənc oyunçunun izini yenə də buraxmırdı, mövsümün sonuna doğru bel yırtılması səbəbi ilə altı həftə yaşıl meydançalardan uzaq qalmaq məcburiyyətində qalan Messi; üç il ərzində 4-cü dəfə zədələnərək sevənlərini üzdü. 
 
2008-2009 sezonunun başlanğıcında Ronaldinho`nun komandadan ayrılması nəticəsində Messi, 10 nömrəli formanın sahibi oldu. Bu sezonda, kariyerasının bu ana qədər olan ən yüksək nəticələrini reallaşdıran gənc futbolçu, oynadığı 31 oyunda 23 qol və 11 asist ilə oynayaraq liqanın ən yaxşı oyunçuları arasına girməyi bacardı.  2009 Avropa Çempionlar Liqası Kubokunu Barcelona qazanarkən, Messi 9 qol ilə yarışın ən çox qol atan futboçusu oldu və 2009 UEFA İlin Futbolçusu seçildi. 
 
Messi, beynəlxalq arenada Argentina Milli Komandasının formasını geyinməkdədir. Dünya Kubokunda heç bir qolu olmayan futbolçu, 59-u liqa, 11-i kubok, 18-i avropa çempionatında olmaqla ümumilikdə 88 qolu adına yazdırdı. Kariyerası boyunca 115 liqa, 19 kubok və 38 avropa çempionatında cəmi 172 oyunda forma geyindi və 42 asistə imza atdı.
 
Adidasın sponsor olduğu professional qolçu, eyni zamanda Pro Evolution Soccer 2009 və eyni oyunun 2010 versiyasının açılış videolarında yer alaraq şöhrətini artırmağa davam edir.
 
 

Tərcümə edən: Cəlalə Yəhyalı

 

ŞƏRH YAZIN