Messi haqqında 10 fakt

0
11731
Messi haqqında 10 fakt

Dünya mətbuatı “Barselona” və Argentina millisinin ulduz futbolçusu Lionel Messi ilə bağlı maraqlı faktları toplayıb. Bu məlumatlar hər kəsin diqqətini çəkib. Argentinalı ulduz haqqında ən maraqlı 10 faktı təqdim edirik:  

 
1. Messinin uşaq vaxtı ciddi xəstəliyi olub. 9 yaşına qədər onun boyu sadəcə 124 sm olub. “Barselona”ya gələndə onun boyunda bir az artım olsa da 136 sm-lik Messi yaşıdları ilə müqayisədə çox qısaboy idi.     O vaxt Messinin xəstəliyinin müalicəsi üçün 700-1000 avroya ehtiyac vardı. Çoxuşaqlı ailə üçün bu məbləğ olduqca böyük idi. Argentinanın “River Pleyt” klubu futbolçunu müalicə etməkdən imtina edir. Amma “Barselona” nümayəndələri gənc istedadla tanış olmaq üçün onun vətəninə gedir. Kataloniya klubunda Messi ilə ayrıca fiziki hazırlıq məşqçisi Xuanxo Brau məşğul olurdu.    
 
2. “Barselona” ilə Messinin ilk müqaviləsi salfet üzərində bağlanıb. Bu barədə xatirələrində klubun uşaq məktəbinin məşqçisi Karles Reksaç məlumat verib:  “Kafedə Messi, atası və böyük qardaşı ilə oturmuşduq. Həmin vaxt yanımızda kağız yox idi. Ona görə də müqaviləni salfet üzərində bağladıq”.  
 
3. Kataloniyada nəşr olunan qəzetlərdəki yazıların 70 faizi Messi ilə bağlı olub.  
 
4. Messinin evinin və özünün görünüşü ilə sevgilisi Antanella məşğul olur. Bunu özü də etiraf edib.  
 
5. İspan qadınlarının diqqətini Messidən çox Ronaldo çəkir. İspan qadınları Ronaldoya daha çox aşiqdirlər. Ancaq Latın Amerikasındakı qadınlar demək olar ki, tam bir Messi dəlisidir. Karakasda keçirilən Argentina və Venesuela yığmaları arasında görüşdə bir qadın fanat 5 metr hündürlükdən tullanaraq Messini öpmək istəyib və ondan oğlunun xaç atası olmasını xahiş edib, ancaq futbolçu bu təklifi rədd edib.  
 
6. Messi Aqueronun oğlu, Maradonanın nəvəsi Benjaminin xaç atasıdır. Qeyd edək ki, Maradonanın qızı futbolçu Serxio Aquero ilə bu yaxınlarda boşanıb.  
 
7. Peşəkar karyerasında Messi bir dəfə - Macarıstan-Argentina görüşündə meydandan qovulub.    
 
8. Doğma ölkəsində Messiyə münasibət bir qədər soyuqdur. Buna sübut kimi onun 2012-ci ildə Argentinada “İlin idmançısı” seçimində boksçu Serxio Martinesə məğlub olması göstərilir.  
 
9. Messi özü də avtoqraf alıb. O, tennisçi Roje Federerdən avtoqraf istəyib.  
 
10. Messi 4 dəfə “Qızıl top” mükafatına layiq görülüb. 
 

ŞƏRH YAZIN