Milyarderlərlərin İlk İşləri

0
6505
Milyarderlərlərin İlk İşləri

Bəzi milyarderlər də öz karyeralarını ən asan peşələrdən başlamışlar.Business İnsider milyarderlərin bugünkü günə gəlməyə məhz ilk iş yerlərinin kömək etdiklərini dediklərini yazır.

Amazon.com internet şirkətinin başçısı və təsisçisi olan Ceff Bezos məktəb tətilləri zamanı McDonalds restoranında çalışıb.O burada qamburger qızardıb
"Mən kotletləri qızardırdım və heç zaman kassa arxasına keçməmişdim.Restorana ən çox müştəri gələn vaxt işləmək çox çətin idi.Lakin bizim çox yaxşı menecerimiz var idi.O, yeniyetmə işçilərə başçılıq edirdi" – deyə Bezos xatırlayır.

Maykl Dell kompüter şirkətinin banisi öz əmək karyerasına restoranda çalışaraq başlayıb.
12 yaşında olarkən Dell çin restoranında qab yuyurdu.Sonra isə o,həmin restoranda ofisiant və administrator köməkçisi işləməyə başlayıb.Sonralar Dell özünə meksika restoranında iş tapır.

Opra Uinfri ərzaq mağazasında satıcı işləyib.
Tennessi ştatında universitetdə oxuyarkən gələcək tele aparıcı ərzaq mağazasında satıcı işləyib.Bu mağaza onun atasının bərbərxanasının yanında yerləşirdi.
Daha sonra isə o,yerli KİV-də çalışmağa başlayır və Neşvilla televiziyasının ilk qaradərili qadın müxbiri olur.
 
Nyu-Yorkun gələcək meri və Bloomberg şirkətinin təsisçisi Maykl Blumberq avtodayanacaqda çalışıb.
O,avtodayanacaqda adi növbəçi idi və eyni zamanda Harvard universitetində oxuyurdu.
Universiteti bitirdikdən sonra isə o,öz biznes karyerasına Salomon Brothers şirkətində başlayır və burada 15 il işləyir.
 
Gələcək maliyyəçi Çarlz Şvab bazarda qoz satıb.
Şvab meşədən qozları yığıb onları bazarda bir kisəsi $5 satırdı.
Daha sonra isə o,toyuq saxlayır və bazarda toyuq yumurtaları satır.
14 yaşında isə Şvab qolf klubunun müştəriləri üçün atıcı və top daşıyırdı.
 
Uorren Baffet qazet satıb.
O,13 yaşında olarkən öz velosipedində qəzet paylamağa başlayır.
Daha sonra isə idman klubunda işləməyə başlayır.Burada Baffet pinbol oyunu üçün olan avtomata nəzarət edirdi.
 
T. Bun Pikens də,həmçinin qəzet satırdı.
12 yaşında olarkən Pikens qəzet paylamağa başlayır.O,hər bir qəzetə görə 1 sent əldə edirdi.
Beş il ərzinə Pikkens çatdırılmış qəzetlərin sayını bir növbəyə görə 28-dən 156-ya qədər yüksəltmişdi. Nəticədə o,$200 toplaya bilmişdi.
 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN