O Sadəcə 9 Yaşında Xəyalını Gerçəkləşdirdi

0
2542
O Sadəcə 9 Yaşında Xəyalını Gerçəkləşdirdi

13 yaşında böyük ehtimalla böyüyüncə hansı peşəni seçmək istədiyimizi düşünürdük,elə deyilmi? Önümüzdə uzun bir vaxt olduğuna,hələ də xəyal qurmaq üçün kifayət qədər zamanımız olduğuna inanırdıq?
Cordan Kasey ilə tanış olun.13 yaşındadır və xəyal qurmaq yerinə xəyallarını reallaşdırmaq üçün yola çıxdığında yalnız 9 yaşında idi.Bu gün dünyanın ən gənc proqramçısı,App Store proqram hazırlayanı və CEO-dur (baş icraçı direktor).Onlarla ölkədə ən hörmətli seminarlarda çıxışlar edir və ilk kompüter oyununu inkişaf etdirir.İrlandiyalı Cordan Kasey hələ 9 yaşında ikən Flash üzərindən oyunlar inkişaf etdirməyə başladı.Zamanla bunun gələcəkdə də etmək istədiyi peşə olduğunu anlayan Kasey,xəyal qurmaqla kifayətlənmədi və reallaşdırmaq üçün qısamüddətdə təşəbbüs göstərdi.Oyun yazmaq üçün lazım olan bütün proqramları yalnız 10 yaşında öyrəndi.Üstəlik bir tərəfdən də məktəbini axsatmadan davam etdirirdi.
Kasey 12 yaşında ilk App Store oyunu “Alien Ball Vs Humans”-ı satışa təqdim etdi və şirkətini- “Casey Games”-i qurdu.Şirkətinin inkişaf etdirdiyi oyunlar bir yana,nizamlı şəkildə dünyanın dörd bir yanında konfranslara qatılır və aralarında Linkedin,Amazon,PayPal kimi saytların CEO-larının da olduğu dinləyicilərə gənc bir CEO olaraq çətin yoldan öyrəndiklərini izah edir.Yalnız keçdiyimiz bir neçə ay içində Almaniya,İngiltərə,Fransa,ABŞ və Hindistanda konfranslara qatıldı.Kaseyin qəhrəmanları “Apple”-ın qurucuları Stiv Cobs,Stiv Vozniak və fenomen halına gələn “Minecraft” oyununun yaradıcısı Markus Perssondur.Ən yaxşı fikirlərini isə nənəsinin evinin arxa bağçasında topla oynadığında tapdığını söyləyir.Bir sonrakı hədəfi isə şirkəti ilə XBOX və Play Station üçün oyun inkişaf etdirməkdir.
Cordan Kaseyin hekayəsindən alınacaq çox dərs var.Video oyunları və texnologiyanı keçici bir həvəs və ya zərərli ünsürlər olaraq görməyin.Texnologiyaya yalnız istehlak edən deyil,istehsal edən kimi də baxın.Texnologiyanı bir təhlükə olaraq görməyin,bunu bir fürsətə və karyeraya necə çevirə biləcəyinizi düşünün.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN