Onlar Kasıb İdi Və Yeganə Gücləri Qətiyyətli Olmaları İdi...

0
9017
Onlar Kasıb İdi Və Yeganə Gücləri Qətiyyətli Olmaları İdi...

 Onlar çox kasıb idilər.. Dünyaya bir sıfır məğlub gəldilər.  Amma elə bir həyat yaşadılar ki, ölümlərindən sonra belə yaşamağa davam etdilər. Budur kasıblığa qətiyyətləri ilə qalib gələnlərin hekayəsi.

Stephen Hawking:

1942-ci ildə İngiltərədə anadan olan Hawking məktəb illərində fəal və sağlam bir şagird idi. Oxford Universitetinin Fizika fakültəsini birinciliklə qurtardı.  Həyatının kabus dolu günləri ALS Motor Neyron xəstəliyinə yaxalanması ilə başladı. Onurğa iliyi və beynindəki şüurlu əzələ hərəkətlərini idarə edən sinir hüceyrələri dağılmışdı. Nitq pozulması və udma çəkinliyi çəkirdi. Bunun ardınca əlləri də tutmaz oldu. Gənc yaşdakı Hawkingin bədəni, beyinindən başqa, demək olar ki çökmüşdü. Hətta həkimlər də ancaq iki il ömrü qaldığnı düşünürdülər. Əhvalı, psixoloji vəziyyəti çökmək üzrə olan Hawking davamlı olaraq klassik musiqi dinləyir, elmi əsaslı romanlar oxumağa başladı. Lakin ailəsi və müəllimi Scimanın diqqəti və sevgisi ilə həyata təkrar bağlanaraq həkimləri yanıltdı. Amma artıq ömür boyu əlil arabasına məhkum, danışa bilməyən birinə çevrilmişdi. Təkcə komputer vasitəsilə ünsiyyət yarada bilirdi. Sağlamlığının bu qədər pozulmuş olmasına baxmayaraq aşiq oldu və evləndi. Həyat yoldaşının köməyi ilə magistr, bunun ardınca isə doktorantura oxudu və professor oldu. 1978-ci ildə nəzəri fizikada ən böyük mükafat sayılan  Albert Eynşteyn mükafatını aldı. 1982-ci ildə  artıq dünyanın dörd tərəfindən də mükafat yağmağa başlamışdı. Kraliça tərəfindən verilən Britaniya İmperatorluğu Komandiri nişanı bunlardan biri idi. Qlobal istiləşməyə ilk dəfə diqqəti cəlb edən Stephen Hawking oldu. Buna bənzər nəzəriyyələrin və məlumatların  sahibi olan Hawking əziyyət çəkərək zirvəyə çıxanlar arasındakı ən gözəl örnəklərdəndir.
..
Konfutsi: 
 
Dünyanın ən məşhur filosofu eramızdan əvvə 550-ci ildə Çində doğuldu. Əsl adı "Usta filosof" mənasını verən Kung Fu olmasına baxmayaraq, Avropalılar  ona Konfutsi deməyə üstünlük verdilər. Uşaqlığı və gəncliyi yoxsulluq içində keçdi. Beş yaşında olarkən atası dünyasını dəyişmişdi. Çox ağır şərtlər altında həyatda qalmağa çalışan amma heç kimdən qarşlıqsız kömək qəbul etməyən qürurlu bir gənc idi. Bütün imkansızlıqlara baxmayaraq 19 yaşında evləndi və iki uşaq sahibi olan Konfutsi özünü elmə vermişdi, lakin hələ də işləmək məcburiyyətində idi. 25 yaşına çatanda artıq bir çox şagird yetişdimiş hörmətli bir elm adamı idi. Konfutsi aralarında dövlət adamlarının da olduğu 3000-dən çox şagird yetişdirmişdi. İnsanlığa elm, əxlaq, fəzilət və Allaha hörmət mövzularında verdiyi mesajlar minlərlə il sonra hələ də öz aktuallığını saxlayır. "Sənə elmin nə olduğunu söyləyim? Bildiyin zaman bildiyini, bilmədiyin zaman isə bilmədiyini söyləmək... Elm budur".

Walt Disney: 
 
Anbardakı siçovuldan dünya miqyasında bir multifilm qəhramanı yaratdı. 1901-ci ildə ABŞ-ın Çikaqo şəhərində anadan olmuşdur. O qədər kasıb idi ki, aclığını azaltmaq üçün belə pul tapa bilmirdi. Atasə ağır xəstə idi. Anası oğlu Disneyə güvənirdi. O da nə iş tapsa işləyərək yemək üçün pul qazanırdı. Əslində müəyyən bir ixtisası olmadığı üçün  iş tapması da asan deyildi. Bir çox iş yerinə qəbul oluna bilmir, təkcə qəzet paylamaq və təcili yardış sürücülüyü kimi müvəqqəti işlər tapa bilirdi. Bu zaman atasının vəziyyəti daha da ağırlaşmışdı. Atasının təkcə lazım olan pulu tapa bilmədikləri üçün  həyatını itirdiyini fikirləşən Disney buna görə uzun müddət özünü günahlandırdı. Bu zaman dəyən bir elandan təsirlənərək pulsuz sənət kurslarına qatıldı. Rəsm qabiliyyətini inkişaf etdirdi. Bəzi müəssisələrə cizgi filmlər çəkdi amma pul qazana bilmədi. Hollywoda  gedib şansını yoxlamağa çalışdı. Bir çox rəsm çəkməsinə rəğmən nədənsə alınmırdı. Hələ də pulsuz idi. Amma bu qayğılı gecələrin biri, ona həyatını dəyişdirəcək varlığı gətirəcəkdi. Gecələri işlədiyi bir anbarda balaca bir siçovul görmüşdü. Onunla çörəyini bölüşür, dəqiqələrlə izləyirdi. Siçovulun rəqs edər kimi maraqlı hərəkətlər etməsi Disneyə ilham verdi və bir gecə onu kağıza çəkdi... Dünyadakı bütün uşaqların sevimlisi Mickey Mouse o axşam doğuldu. Walt artıq məşhur və varlı bir adam idi.

Alfred Nobel:
 
Barutu icat edərkən qardaşını partlatdI. Nobel də uşaqlığı kasıblıq içində keçənlərdən idi. Ailəsi çörəyi belə borc xərc alacaq qədər kasıb idi. Buna görə də Alfred və üç qardaşının hər biri başqa yerlərdə böyümək məcburiyyətində qaldılar. Ataları pul qazanmaq üçün Rusiyaya getmişdi. Ailəsini ancaq 5 il sonra yanına apara bildi. Lakin işləri yaxşı getməmiş, arzuladığı həyatı orda da tapa bilməmişdi. Stockholma qayıtdılar. Bu zaman Alfred də böyümüş, fizika və kimya sahələrindəki bacarığı görünməyə başlamışdı. 28 yaşına çatanda özünə balaca da olsa bir kimya laboratoriyası qurmağı bacarmış, çalışmalarını burada görməyə başlamışdı. O illərdə kömür və digər dəyərli mədənlərin çıxarılmasında, tunellərin açılıb, körpülərin qurulmasında böyük qayalar  bir problem idi. Nobel buna görə də xüsusilə partlayıcılar üzərində işləyirdi. Lakin həyata keçirəcəyi təcrübələrdən biri həm laboratoriyasına, həm də qardaşının həyatına son qoyacaqdı. Bütün bunlara baxmayaraq Alfred yolundan dönmədi. Araşdırmalarına min bir çətinliklə davam etdi və axırda uğura çatdı. 1865-ci ildə o artıq barutun ixtiraçısı olaraq tanınırdı. Ailəsi bir anda varlaşdı, adı və ixtirası bütün Avropaya yayıldı.

Enzo Ferrari:
 
Hər kəs şikəstliyi ilə  zarafat edirdi, amma o dünyanın ən sürətli avtomobilini yaratdı. 1898-ci ildə İtaliyada anadan olan Enzo, dəmir təmirçisi bir atanın oğlu idi. Şikəstliyi üzündən əsgərliyə aparılmadı. Avtomobil fabriklərində işçi olaraq işləməyə başladı, lakin fiziki əngəlliyinə görə hər kəs ona başqa gözlə baxırdı. "İşə yaramayan biri". Bu münasibət onu üzməklə birlikdə əsla yolundan döndərmir, tam əksinə daha da əzimli olmasına səbəb oluru. Yeriməkdə çətinlik çəkən Enzonun ən böyük xəyalı, sürətinə heç kimin çata bilməyəcəyi bir avtomobil yaratmaq idi. Qarşısına qoyduğu bu böyük xəyalı reallaşdırdığnda 1920-ci il idi və Enzo hələ 22 yaşında idi. İştirak etdiyi Böyük Siciliya yarışlarında  "əlil adam arabası" ilə birinci olmağı şahid olanları heyrət içində buraxdı. Bundan sonra qatıldığı yarışlarda həmişə rəqibsiz idi. Ferrari bir il müddətində fabrikinə qapanaraq  zamanının ən sürətli avtomobilini yaratmağı bacaracaqdı. 1946-ci ildə istehsal olunan  Ferrari Formula 1 dünyanın ilk ciddi yarış maşını idi. 1890-cı ildə son dünya çempionatını qazandıqdan sonra, xüsusi idman avtomobili istehsalına keçdi. Bugün bir əfsanə olaraq yollara hökm etməyə davam edir.

Abraham Lincoln:
 
Amerika Birləşmiş Ştatlarının 5-ci prezidenti olan Abrahan Lincoln, həyatı ilə də örnək olan bir insan olaraq Amerika tarixinə adını yazdırmağı bacardı. Lincoln 1809-cu ildə Kentucky ş şəhərində anadan olmuşdur. Ailəsi çox yoxsul idi. Oxuma-yazma belə bilmirdilər. Abraham uşaqlığı boyu işçi olaraq tarlalarda işlədi. 10 yaşında anasını və bacısnı itirdi. Bu balaca bir uşağın qaldıra bilməyəcəyi qədər ağır bir yük idi. Günlərlə özünə gələ bilmədi. Təəssüf ki ölüm qarşıdakı illərdə də izini buraxmayacaq, 25 yaşında olarkən dörd övladından üçü müxtəlif səbəblərdən öləcəkdi. Gənc Lincoln 20 yaşında Ohio çayı üzərindəki gəmilərdə aşağı əməkhaqqı ilə ağır işlərdə çalışdı. Bu vaxt zincirə bağlı itlərə verilən əziyyətləri görür, bunu bir gün sona çatdıracağına söz verirdi. Oxumağı çox sevən Lincolnun bir marağı da məhkəmələrə gedib onları seyr etmək idi. Məhkəmədəki insanları dinləyir, tanımağa çalışırdı. Qısa müddətdə ətrafında tanınan və sevilən biri olmağa başladı. Bir müddət sonra isə konqres üzvü seçilməyi bacardı. Bunun arxasınca prezidentlik gələcəkdi. Lincoln ölkədəki qarışıqlığın, ədalətsizliyin və köləliyin bitməsi üçün Amerikanın cənubhökümətinin Washington  hökümətinə tabe olunması lazım olduğunu bilirdi. Cənublular isə Lincolnun köləliyə qarşı davranışına dayana bilməyərk dörd il davam edəcək bir müharibə başlatdılar. Sonda qazanan Lincoln olacaqdı. Cənub şimala baş əymiş, Amerkanın gəlmiş getmiş prezidentləri arasında  ən çox sevilənlərdən biri olan Lincoln da ikinci dəfə yenidən prezident seçilməyi bacarmışdı. Amerikanın bugünki sistemi və qanunvericiliyində çox böyük təsirlər buraxan Lincolnun bu uğurunu və fikirlərini həzm edə bilməyənlər də var idi. Özünə hazırlanan sui-qəsddən yaxa qurtara bilməyərək, son nəfəsini bir teatr salonunda verəcəkdi.

Tərcümə edən: Cəlalə Yəhyalı.

ŞƏRH YAZIN