Rokfeller Uğurunu Nəyə Borcludur?

0
7474
Rokfeller Uğurunu Nəyə Borcludur?

ABŞ milyonçusu olan Con Devison Rokfelleri tanımayan var? Gəlin onu daha yaxından tanıyaq.

ABŞ-ın Nyu-York ştatında göz açan Rokfeller günün birində münasib iş axtarmaq üçün Klivləndə gəlir. Əli xeyli müddət boşda qalan Con Rokfeller bir müddət sonra "Xyuitt and Tattl" şirkətində mühasib köməkçisi vəzifəsinə işə götürülür. Düzdür, o, ilk maaşını ancaq dörd aydan sonra ala bilir; amma əsas odur ki, Con Rokfellerin biznes dünyası ilə tanışlığı buradan başlayır. Bir gün isə hamının lal-dinməz, qaraqabaq gənc hesab etdiyi Rokfeller həmkarlarının arasında çığırır: "Mən zəngin olacağam!" Təbiidir, ac toyuq yuxusunda darı görər. Daha iki dəfə yüksəkdən bəyanat verməsinə baxmayaraq, onun bu sözlərinə əhəmiyyət verən olmur. Ancaq başqalarının nə fikirləşməsi onu qətiyyən maraqlandırmırdı. Con Rokfeller içmir (hətta kofe də!), çəkmir, əyləncələrə meyl etmir. Hətta ona meyl edən qızlara kilsədə görüş təyin edir. Özünü Tanrının seçilmiş bəndəsi hesab edən Con Rokfeller işə hamıdan tez gəlməyi və işdən ən axırda getməyi "ilahi borc" kimi yerinə yetirir. Elə Tanrı da ona ən çox arzuladığı şeyi - bol para yetirir.

Con Rokfeller "Standart Oil Co" şirkətini quranda 1870-ci il idi. 1878-ci ildə isə bu şirkət ABŞ neft sənayesini artıq öz inhisarına almışdı və enerji ticarətinin 95 faizinə nəzarət edirdi. 1882-ci ildə Con Rokfellerin başçılıq etdiyi bu şirkət daha bir ilkə imza atdı və ABŞ tarixində ilk dəfə olaraq trest yarandı. Bu trestə 37 kompaniya daxil olmuşdu və onun ümumi kapitalı 70 milyon dollar idi. Trestin 9 nəfərlik idarə heyətinə şəxsən Con Rokfeller özü başçılıq edirdi. Yarım ildən sonra o, tütün və poladtökmə sənayesinə də liderlik edirdi. 1913-cü ildə Rokfellerin varidatı 1 milyard dollar dəyərində qiymətləndirilirdi. 20-ci əsrin 20-ci illərində isə Rokfeller Morqandan sonra ABŞ-ın ikinci varlı adamı idi.

Con Rokfeller 98 yaşında dünyasını dəyişir. Ancaq onun qurduğu maliyyə imperiyası daha da çiçəklənir. 1972-ci ildə onun neft şirkəti "Exxon" adını qəbul edir və hazırda ailənin kapitalı "Rokfeller qardaşları şirkətində mərkəzləşir. İndi isə sizə Rokfellerin pulla bağlı qaydalarını təqdim edirəm.

1. Pula qənaet edin. Hər hansısa məhsulu daha ucuz və pərakəndə almaq yollarını axtarın. Alacağınız əşyaların siyahısını öncədən tərtib edin və ancaq siyahıda olan əşyaları alın.

2. Əgər sənin pulun azdırsa, sən biznes qurmalısan.

Əgər sənin heç pulun yoxdursa, sən indi, məhz bu an biznes qurmalısan!

3. Böyük sərvətə yol passiv gəlirlərdən keçir! Passiv gəlir sənə sənin səylərindən asılı olmayaraq gələn gəlirdir.

4. Özünə passiv gəlir mənbəyi yarat və həyatdan zövq alaraq yaşa!

5. Ünsiyyət qur! Digər insanlar vasitəsi ilə pul qazan. Ünsiyyətcil olmayan insanlar nadir hallarda zəngin olurlar.

6. Dünyanın ən varlı insanlarının bioqrafiyalarını və fikirlərini öyrənin.

7. Arzular sənin həyatında ən əsas amildir! Siz arzularınızın həyata keçməsinə inanmalısınız!

8. İnsanlara kömək edin! Mənfəət güdmədən, təmiz ürəkdən insanlara kömək edin!
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN