Sınamağı Gözə Alın Və Bacaracağınıza İnanın.

0
1979
Sınamağı Gözə Alın Və Bacaracağınıza İnanın.

Bir gün şah  güclü və ağıllı adamlarını ətrafına toplayıb,onları əhəmiyyətli bir vəzifə üçün sınamaq istəyib.Şah onları bu günə qədər görə biləcəkləri ən böyük qapının önünə gətirərək belə deyib: "Siz, ağıllı insanlar, mənim bir problemim var və hansınızın bunu həll edə biləcəyini görmək istəyirəm. Burada sarayımdaki ən böyük və ən ağır qapını görürsünüz,hansınız bunu aça bilərsiniz?"
Saray mənsublarından bəziləri "aça bilmərik" deyirmiş kimi başlarını bulamışlarlar.Digərləri,ətrafındakılara görə daha ağıllı sayılanlar qapını daha yaxından araşdırmış,lakin onlar da aça bilməyəcəklərini qəbul etmişlər.Bu ağıllı insanlar belə söyləyincə saray əhli problemin həll edilə bilməyəcək qədər çətin olduğu fikrinə gəlmişlər.
Yalnız vəzir qapının yanına gedərək onu nəzərdən keçirmiş və öz əlləri ilə yoxlamış, açmaq üçün müxtəlif yolları sınamış, ən sonunda qüvvətlə itələyəndə ağır qapı açılıbmış. Sən demə qapı onsuz da tam bağlı deyilmiş və açmaq üçün sınaq istəyi və ürəkli davranma cəsarətindən başqa bir şey lazım deyilmiş.
Şah vəzirə belə deyib: "Yalnız gördüyün və eşitdiyinlə kifayətlənmədən,öz gücünü işə saldığın və sınamağı gözə aldığın üçün saraydakı vəzifəni sən alacaqsan".

 
Korrektə etdii:Günel ibadova

ŞƏRH YAZIN