Stiv Cobs

0
2738
Stiv Cobs

 O bir uğur əfsanəsidir!

 Fərdi kompüter, "siçan" , iPod, iPhone, iPad… Hamısının ortaq bir nöqtəsi odur və hamısının altında onun imzası var. O, öz qarajında qurduğu şirkətlə uğur əfsanəsi halına gələn Stiv Cobsdur (ing. Steve Jobs).  "Apple" CEO-luğu vəzifəsindən səhhətində yaranmış problemlər səbəbiylə ayrılan Cobsun peşəkar uğur hekayəsini təqdim edirik. Dünyanın ən böyük şirkətlərindən olan "Apple"nin qurucusu Stiv Cobs, səhhətindəki problemlər səbəbiylə  vəzifəsindən ayrıldı , qısa müddət sonra isə dünyasını dəyişdi. Cobs, "Apple" şirkətini məhəllə dostuyla evinin qarajında qurmuşdu.

Universitetdən ayrıldı, məhəllə dostuyla evinin qarajında şirkət qurdu

 

"Apple"nin əfsanəvi CEO-su Stiv Cobsmöhtəşəm bir  qələbənin əhvalatı:

O, universiteti 6 aydan sonra tərk edib, dünyanı dəyişdirmək üçün qollarını çırmaladı. Məhəllədən dostunu da yanına alaraq, evinin qarajında qurduğu şirkətlə bir meteor kimi yüksəldi. Bir müddət tənəzzül təhlükəsi ilə üzləşdi, amma endiyi yerdən qalxmağı bacardı və bir uğur əfsanəsi oldu. iMac, iPone, iPod və iPadın atası, "Apple"nin qurucusu Stiv Cobsun müvəffəqiyyət hekayəsi belədir.

 O, nigahsız bir əlaqədən dünyaya gəldi, kasıb bir ailəyə övladlığa verildi, çətinliklərlə dolu bir uşaqlıq dövrü keçirdi. Məktəb illərində müvəffəqiyyətə deyil, cinayətə daha çox meylli idi. Hamı onun aqibətinin həbsxana ilə yekunlaşacağını gözlənilərkən, qonşusu onu təsadüfən elektron cihazlarla tanış etdi və onun həyatının istiqaməti dəyişməyə başladı.

Universiteti tərk etdi

 Stivin kasıb valideynləri bütün pullarını sərf edərək onu universitetə yazdırdılar. Ancaq ailə təhsil xərclərini böyük çətinliklə ödəyirdi. Altı aydan sonra o, darıxdırıcı dərslərdə oturmağın müqabilində ailəsinin son qəpiyinə qədər soyulmasına dəymədiyini düşündü. Ürəyinin səsini dinləyib universiteti buraxdı! Parlaq bir gələcəkdən qəti surətdə imtina etdi.

 21 yaşında şirkət qurdu

 Öz fərdi kompüterini düzəldən, amma onu satmağı ağlına gətirməyən məhəllə dostu Stiv Vozniakı onunla birlikdə şirkət qurmağa razı saldı və bu hadisə onun ilk uğuru oldu. Özü kimi universiteti yarıda tərk etmiş adaşı Steve ilə evinin qarajında Appleni qurdu. O bu zaman 21 yaşında idi və yeganə bir xəyalı vardı: “Dünyanı dəyişdirmək!”

 Bütün qapılar üzünə bağlandı

 Banklar xəyallara kredit vermirdi. Fikirlərini satmaq istədikləri kompüter nəhəngləri də sadə insanların kompüter almağa ehtiyac duymayacağından əmin idilər. Bütün qapılar üzlərinə bağlandıqdan sonra mikroavtobuslarını və digər əşyalarını sataraq, fərdi kompüter hazırlamağa girişdilər. Bu dəfə banklar yanıldılar. “Apple” ilə fərdi kompüter əsrini başladan Stiv Cobs, həm xəyalını həyata keçirdi, həm də dünyanın ən varlı insanlarından biri oldu.

 Öz şirkətindən qovuldu

 Meteor kimi yüksələn Cobsu, zirvədə əks istiqamətdən əsən küləklər qarşıladı. İdarə heyətinin qərarı ilə öz şirkətindən ayrılmaq məcburiyyətində qalan Jobs, bir gündə uğursuzluğa uğradı. Qəzetlər Cobsun sonunun çatdığını elan edərkən o, yelkənlərini əks tərəfə əsən küləyə görə tənzimlədi. “Apple”dən başıaşağı ayrılmışdı, amma dönüşü möhtəşəm oldu. Qovulduqdan 10 il sonra idarə heyəti tərəfindən geri çağırıldı.

 Əsl müdirin kim olduğunu onlara göstərdi

 İdarəolunmaz olması səbəb göstərilərək öz şirkətindən qovulan Cobs,  şirkətə xilaskar kimi qayıtdı. İkinci dəfə “Apple”nin rəhbərliyinə gələn Stiv Cobs, hər biri bir möcüzə halına gələn iMac, iPhone, iPod və son olaraq iPad kimi məhsullarla əsl müdirin kim olduğunu hamıya bir daha sübut etdi.

 Uğur əfsanəsi Stiv Cobsun iradəsinə təsir edən hadisə isə mədəaltı vəzi xərçənginə tutulması oldu. Xəstəliyi müalicə edilsə də, hər keçən gününü ömrünün son günü kimi yaşamağa davam edən Cobs, beləliklə məğlubiyyət qorxusunun özünü tamamilə məğlub etdi.

 Sadə insanların əsla maraq duymayacağı hesab olunan texnologiyaları onların həta tərzinə çevirərək fərq yaradan Stiv Cobsun mükəmməlliyi və həmişə daha çoxu istəməsi, onun ən nəzərə çarpan xüsusiyyətidir.

 Stiv Cobsdan uğur taktikaları:

 - Nöqtələri irəliyə baxaraq birləşdirə bilməzsiniz, onları yalnız geriyə baxdığınızda birləşdirə bilərsiniz. Bunun üçün nöqtələrin gələcəkdə hər hansısa bir şəkildə birləşəcəyinə inanmağınız lazımdır. Bəzi şeylərə güvənməlisiniz - Allaha, cəsarətə, taleyə, həyata. Belə yanaşma məni heç bir zaman yolda qoymadığı kimi həyatımı da tamamilə dəyişdirdi.

 - O zaman fərqinə varmamışdım, amma “Apple”dən qovulmaq başıma gələ biləcək ən yaxşı hadisə olmuşdu. Bu dərmanın dadı çox pis idi, amma deyəsən xəstənin də buna ehtiyacı vardı. Bəzən həyat başınıza kərpiclə vurar. Əsla inancınızı itirməyin!

 - Nəyi sevdiyinizi bilməlisiniz. İşiniz həyatınızın böyük bir hissəsini əhatə edəcək və həqiqi mənada işinizi sevmənin tək yolu möcüzəvi bir iş olduğuna inandığınız şeyi etməyinizdir. Möcüzə hesab etdiyiniz işi görmənin yeganə yolu isə etdiklərinizi sevməyinizdir. Hələ tapa bilməmisinizsə, axtarışlara davam edin.

 - Vaxtınız məhduddur buna görə də başqalarının həyatını yaşayaraq onu puç etməyin. Başqa insanların fikirlərinin hay - küyünün öz ürəyinizin səsini eşitməyinizə maneə törətməsinə imkan verməyin. Ən vacibi isə ürəyinizin və hisslərinizin müəyyən etdiyi yoldan gedəcək cəsarətə sahib olun.

 

"Cazibə Qüvvəsi" Fərdi İnkişaf Jurnalı

 

ŞƏRH YAZIN