Versace uğuru

0
2337
Versace uğuru

 Versace brendini tanımayan yoxdur amma di gəl ki, bu brendin necə yaranması haqqında hər kəs məlumatlı deyil. Gəlin, Versace brendinin əsasını qoyan Gianni Versace ilə yaxından tanış olaq.

 
Bütöv bir dizayner sülaləsinin əsasını qoyan Gianni Versace 1946-cı ildə İtaliyanın kiçik bir əyalət şəhəri olan Redjo-di-Kalabriyada atelyede anadan olub. Bu atelye onun üçün həm məktəb, həm də universitet rolunu oynayıb. Modelyerin anası peşəkar dərzi idi. 

Gianni uşaqlıq illərini belə xatırlayır. Ətrafda yalnız donlar, donlar və donlar var idi. Peşəkarlığıma görə yalnız anama borcluyam. Gianni 9yaşı olanda məktəb direktoru oğlanın pis davranışına görə, anasını məktəbə çağırır və oğlunun tərbiyəsi ilə ciddi məşğul olmağı tapşırır. Gianni 18 yaşında təhsilini atıb və dərziliklə məşğul olmağa başlayır. 

Versacenin ilk qadın geyimləri kolleksiyasının nümayişi 1978-cı ildə mart ayına təsadüf etdi. Artıq Gianni öz arzusuna çatmışdı. O bahalı evlər alır, səyahət edir, əntiq mağazalarda pulu göyə sovururdu. 1994-cü ildə isə o yaz-yay kolleksiyasında krujevalı alt paltarlarını ingilis sancaqlarını və əsgər botinkaları ilə bir araya gətirir. Onu müasir barokko kralı adlandırırlar. Versaceni yüksək modanı pornoqrafiya şousuna dündərməkdə günahlandıran Armani bir o qədər də haqsız deyildi. Versacenin faciəli ölümündən sonra hamı Versace imperiyasının süqut etdiyini düşünürdü. 

Donatella Versace qardaşının ənənələri davam etdirir amma müasir interpretasiyaları da unutmur. Reklam kampaniyalarının təşkili və imic yaratmaqda peşəkar olan Donatella qısa müddət ərzində Versace markasına yenidən öz şöhrətini qaytara bilir və dizaynerlər, biznesmenlər arasında hörmət qazanır. O Gianninin reklam ənənələrinə sadiq qalaraq işə yalnız məşhurları cəlb edir və onların iştirakı olmadan heç bir nümayiş keçirmir. Versace moda nümayişlərinin sadiq qonaqları siyahısında Elton John, Elizabeth Hurley, Catherine Zeta-Johnes, Cate Moss və başqaları var. Versacenin ən son reklam çarxlarında isə Madonna Demi Moore və Halle Berry çəkilib...

ŞƏRH YAZIN